Salam, hörmətli Xuday müəllim!

Bu gün mən bura təkcə bir tədbirə gəlməmişəm. Çən bura təkcə gəlməmişəm. Bura İsa müəllimin dəvətilə BakıMüstəqilTV.info saytının  İdarə heyətinin salamlarını gətirmişəm və çəkilişi ilə "ÖMÜRDƏN SƏHİFƏLƏR" Lahiyəmin təqdimatı ilə sizə uğurlar dinləməyə gəlmişəm. Mən bura Sizin bir ömrün səhifələrini vərəqləməyə gəlmişəm. Sizin fırçanızdan çıxan hər bir tabloda bir insanın taleyi, bir millətin yaddaşı, bir Vətənin nəfəsi var, bu nəfəsi bütöv Azərbaycanımıza göstərmək üçün gəlmişəm.

Sizi ürəkdən təbrik edirəm! Sizə sağlam ömür arzulayıram. 

Sizin sənətiniz sadəcə rəng deyil. Sizin sənətiniz — sözün deyə bilmədiyini rənglə deməkdir. Siz elə bir rəssamsınız ki, kətan üzərində danışırsınız, susaraq danışırsınız, amma o sükut min sözdən daha təsirli olur.

Mən bu gün Sizi «Bakı Müstəqil TV.info» saytının təqdimatında, «Ömürdən Səhifələr» layihəmlə təqdim etməkdən böyük qürur duyuram. Çünki bu layihə elə sizin kimiləri Dostlar üçündür — ömrünü Vətənə, sənətə, insanlığa həsr edənlər üçündür.

Hörmətli Xuday müəllim, Siz həm sənətkar, həm müəllim, həm də bir ömür yolunun çırağısınız. Sizin hər bir əsərinizdə bir zəhmət, bir sevgi, bir Vətən sevdası var. Siz rənglərlə təkcə gözəllik yaratmırsınız, siz rənglərlə tarix yazırsınız.

Mən Sizə can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, həyatınızda həmişə yeni-yeni uğurlar, yeni-yeni sevinclər olsun. Fırçanız heç vaxt yorulmasın, ürəyiniz heç vaxt soyumasın, ilhamınız heç vaxt tükənməsin.

Qoy Sizin sənətiniz Azərbaycan Vətən Müharibəsi Veteranlarının İctimai Birliyinin fəxri üzvü kimi də, bir ziyalı kimi də, bir müəllim kimi də gələcək nəsillərə yol göstərsin. Qoy Sizin adınız çəkiləndə insanlar həm rəssamı, həm vətəndaşı, həm də böyük ürək sahibini xatırlasınlar.

Sizə bir daha deyirəm: yaxşı ki, varsınız, yaxşı ki, yaradırsınız, yaxşı ki, bu ömrün səhifələrinə belə işıqlı səhifələr əlavə edirsiniz.

Var olun, hörmətli Xuday müəllim!

Sənətinizlə, ömrünüzlə, ürəyinizlə var olun!

Hörmətlə, Şair, yazıçı-publisist Bayram Aşıqlı

11.11.2026