Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - “Bakimüdtəqil” Media Qrupuna daxil olan  İnternet Televiziyası (Bakımüstəqiltv .info ) 16 sentyabr 2026-ci ildə yaradılıb. Fasiləsiz olaraq Azərbaycan (gələcəkdə ingilis və rus) dilində tamaşaçılarla görüşə gələn Bakimüstəqiltv  ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə “on-line” xəbər xidməti göstərir və vətənpərvərlik,ictimai-siyasi, hüquqi maarifləndirmə, sosial, iqtisadi, tarixmizin  və mədəniyyətmizin təbliği mövzularında, elm, təhsil, mədəniyyət, turizm ,səhiyyə, idman, şəhidlər  və qazilər eləcə də ətraf mühit və s. barədə dəqiq və operativ görüntülər yayır.

Agentlik abunəçilərinə gündəlik video-xəbərlər, analitik təhlillər, proqnozlar, xüsusi videogörüntülər təqdim edir. Regionun etimad qazanmış media şirkətləri sırasında olan Bakimüstəqiltv -nin peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət yaradıcı qrupu verilişlər, reportajlar hazırlayır, monitorinqlər keçirir.  Bakimüstəqiltv ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Multimedia və videoxəbər xidməti  Bakımüstəqiltv müxtəlif layihələr hazırlayır.

Bakimüstəqiltv xarici ölkələrin media qurumları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən  Bakımüstəqiltv Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır.

Bakimüstəqiltv-nin redaksiyası Bakı şəhəri Xətai  rayonu Ramiz Quliyev küçəsi-2 ünvanında yerləşir.