Rütbəsi:  Baş gizir ailəlidir üç övladı var

D. Sol qolda bazu nahiyəsində yandırici qəlpə yarası iki dəfə əməliyyat olunub,

Ikinci əməliyyatda aşağı ətrafdan sinir götürülüb ,qola köçürülüb.

Qurbanov Nail  Xudaşirin oğlu Lerik r-da  2 fevral 1980 –ci ldə anadan olub.

Atası- Qurbanov  Xuda şirin Sahab oğlu, Anası –Qurbanova Bəsdi Sahab  qızıdır.

Hər iki babasının adı  Sahab olub. Qəhrəman Nailin üç qardaşı bir bacısı var.

Bacısı Çiçək,qardaşları Şahin,Mais vəVüqardır.

Nail həmidə qəhrəman atadır uç evladı var.Bir qız iki oğlan. Gözəl qızı Gülzadənin

9-yaşı  böyük oğlu Kamilin 7 yaşı üçünçü oğlu təzə dünyaya gəlib,3 dekabr 2020-ci ildə bu qeyidləri mən alarkən bir hətəlik idi. Hələ adını qulağına deməyiblər.

Inşallah atası kimi böyüyüb (Qələbə ) bir qəhrəman olar.(mən ona Qələbə dedim  təbii ki, özləri ad verəcəklər)

 Nail Tam orta məktəbi Lerik r-n Mondiyan kəndində  oxuyub

Əsgəri xidmətdə Gəncə şəhərində 777saylı  hərbi hissəsədə 1998-2000 illərdə olub

2003-cü ildə Bakıda Təlim Tədris mərkəzində təhsilini davam etdirib. Bitirdikdən sora  Murovda 170 saylı hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilib.

Kecdiyi  döyüş yolundan başlayaq.

Biz hərbiçilər 28-i gözlədiyimiz irəli komandasını nəhayət Ali baş komandan tərəfindən aldıq,biz əməliyyat taboru Bakıdan kamazlara minib yola düşdük. Hamı sevinirdi, sanki biz döyüşə yox toya gedirdik. Sentyabr ayının 27-i biz Füzuli rayonu istiqamətində hərəkət etdik çatdıq Füzuli rayonu alxanlı kəndinə . Qızğın döyüş gedirdi, top mərmiləri kəndə düşürdü. Amma bu bizi heç narahat etmirdi. Bir neçə gün orda döyüş getdi,düşmən durduğu yeri çox möhkəmlətmişdi, hətta helikopterlər gəlib oranı bombardman etsə də yenədə yerin altindan göbələk kimi çıxırdılar.bu neçə ildə ancaq torpaqlarmıza beton daşıyıblarmış yerin altında özlərinə dərin quyu qazıb betonlamağa,buna baxmayaraq hərbi taktikaiardan istifadə etməklə amma gec olsa da o quyuda özlərini quyuladıq  biz Füzulini azad etdik.ən ağır döyüşlərdən biri oldu  bu istehkamıda mövqe tutan düşmənlə mübarizəmiz . 25 nəfər şəhidimiz çoxlu sayda yaralılımız oldu.Növbəti tapşırığımız Cəbrayıl r-na  oldu. Onu da deyim xalq bizi dəstəkləyirdi, arxamızca gəlirdi silah alıb döyüşmək istəyirdilər. Biz Cəbrayılda da döyüşdük. Düşmənin Cəbrayılda tikdiyi hərbi hissədə bir gecə qaldıq, səhər tezdən silahlanıb yola düşdük Xocavənd tərəfə. Xocavənddə də qızğın döyüşlər gedirdi.Şəhidlərimiz,yaralılarımız oldu, amma biz yenə də sarsılmadıq. Uzun sözün qısası noyabr ayının 8-i nahardan sonra top mərmisi düşdü qabağımıza. Bir əsgər şəhid oldu,2-si yaralandı,məndə sol qolumdan ağır qəlpə yarası aldım. Hal-hazırda Bakıda Tibb universitetinin tədris cərrahiyə klinikasında müalicə alıram.Həkimim neyro-cərrah Nicatdır. Burda onu çoxu tərifliyir,işində mahirdi.Mənim qolumu əməliyyat edib.Sağ olsun,əli qolu var olsun. Bütün həkimlər sağ olsun.Onların döyüş gedən vaxtı yaralılara necə can yandırdıqlarını gördüm. Neçə yaralıya həyat verdilər, halbuki həkimlər olmasa onlar indi həyatda olmazdılar.Tədris universitetinin cərrahiyə klinikasının neyrocərrahiyə bölməsinin kollektivinə sağ ol deyirəm. Burda yüksək nizam intizam qurulub yaradılıb. Yaşasın Ali baş komandan, yaşasın xalqımız. Burdan sağalıb çıxanda ilk gedəcəyim yer şəhidlər xiyabanı olacaq. Allah bütün şəhidlərə rəhmət eləsin, ana, atalarına,uşaqlarına can sağlığı versin.

AZƏRBAYCAN YAŞASIN !

SARA GÖYÇƏLİ Şərifova 

Şairə ,Publisist

Azərbaycan jurnalistlər birliyinin üzvü

“Qızıl Qələm” və “Xan Qızı “ Natəvan media mükafatçısi.

12.12.2020  Qələmə aldığım  tarix