Hörmətli sazlı, sözlü və nəğməli dostlar ,şairlər  ədəbiyyatsevərlər!

Sizi üç kitabımın:

 " Ataxansız qalan sazım”

 “Əgər qadın sevilməzsə”

“Dostluğumun şah əsəri”

kitablarımın möhtəşəm təqdimat mərasiminə dəvət edirəm!

Bu gözəl görüşümüz 14 noyabr 2026-cı il, saat 14:00-da baş tutacaqdır.

Ünvan: Bakı şəhəri, Xutor, Eldar Babayev küçəsi 1, "Day to Day" restoranı.

Tədbirimiz iki hissədən ibarət olacaq:

 1 - hissə: Kitablarımın təqdimatı, yaradıcılıq söhbətləri və ədəbi görüş.

2- hissə: 

Sazlı, sözlü, nəğməli, musiqili və əyləncəli proqram!

Bir araya gələcək, şeirlə, musiqi ilə, xoş söhbətlərlə gözəl anlar yaşayacağıq. Sazlı-sözlü, nəğməli dostlarımızla unudulmaz bir gün keçirəcəyik!

Qiymət: 15 manat.

Qiymətə əyləncə proqramı və yemək-içmək daxildir.

Sizin iştirakınız bu gözəl günümüzə xüsusi rəng qatacaq!

Hörmətlə, Ziba Sevindik