Bu tarixi və şanlı gün münasibətilə rəşadətli Azərbaycan xalqını və bütün Türk dünyasını ürəkdən təbrik edirik!
8 Noyabr, təkcə işğaldan azad olunma günü deyil; xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və qəhrəman ordumuzun şücaət dastanının zirvəsidir. Otuz illik vətən həsrətinə son qoyan, ədaləti bərpa edən və bizə qalib millət olmağın qürurunu yaşadan bu böyük zəfər, bütün Türk dünyasının ortaq iftixarı və sarsılmaz güc mənbəyidir.
Bu müqəddəs bayram günündə, canları və qanları bahasına torpaqlarımızı düşmən tapdağından qurtaran, üçrəngli bayrağımızın azad göylərdə əbədi dalğalanmasını təmin edən qəhrəman şəhidlərimizi dərin hörmət, ehtiram və sonsuz minnətdarlıqla yad edirik. Onların əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.
Vətən naminə canını sipər edən, bu yolda hər bir fədakarlığa hazır olan və möhtəşəm qələbəmizin canlı şahidləri olan rəşadətli Qazilərimizə uca Allahdan şəfa, uzun və şərəfli ömür diləyirik.
Zəfərimiz əbədi, birliyimiz daimi olsun! İnanırıq ki, bu müqəddəs ruh və sarsılmaz həmrəylik bizi hər zaman daha böyük hədəflərə doğru aparacaq.
O gün olsun ki, tarixi ədalətin tam bərpa olunduğu, xalqımızın ən böyük amalı olan Bütöv Azərbaycanın yaranması gününü də eyni coşğu, qürur və fərəhlə, bir yerdə böyük bir bayram kimi qeyd edək!
Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, qüdrətli və Bütöv Azərbaycan!
Eldəniz ABBASLI.
