Fərəc Həsrətov Şuşa şəhərində ictimai asayişin qorunması, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində səmərəli xidmət göstərmişdir. O, xidməti vəzifələrini yüksək məsuliyyət hissi ilə yerinə yetirmiş, peşə fəaliyyətində vəzifə borcuna sədaqəti, işgüzarlığı və fədakarlığı ilə seçilmişdir. Doğma Şuşamızda sabitliyin və təhlükəsizliyin qorunmasına verdiyi töhfələr, öz işinə vicdanlı münasibəti və insani keyfiyyətləri ilə onu tanıyanların yaddaşında xoş xatirələrlə yaşayacaqdır.
Fərəc Həsrətovun vaxtsız vəfatı ailəsi, doğmaları, yaxınları və xidməti yoldaşları üçün ağır itkidir. Onun əziz xatirəsi daim hörmət və ehtiramla yad ediləcəkdir.
Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı adından mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və xidməti yoldaşlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkinin kədərini bölüşür, Uca Allahdan səbr və dözüm diləyirik.
Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!
