Doktor Fariz Məmmədov Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Regional Məhkəmə Tibbi Ekspertiza bölməsinin rəisi, Tibb xidməti polkovnik - leytenantıdır. O, Azərbaycan Tibb Universitetini bitirib. Rezidentura və doktorantura təhsilini başa vurub. Uzun müddətdir, Silahlı Qüvvələrimizdə məhkəmə tibb eksperti kimi fəaliyyət göstərir. Həmçinin, gənc mütəxəssislərin yetişdirilməsi üçün var qüvvəsi ilə çalışır.

Bu günlərdə Türkiyənin Antalya vilayətində dünyanın 5 qitəsinin 40 ölkəsindən 1.000 nəfər iştirakçının iştirakı ilə "21-ci Adli Tıp günleri" konfransı keçirilib. Konfrans Türkiyənin Ədliyyə Nazirliyinin Adlı Tıp Qurumu tərəfindən təşkil olunub. Konfransda soydaşımız, doktor Fariz Məmmədov da çıxış edib. Onun II Vətən savaşı haqqında çıxışı alqışlarla qarşılanıb və 1-ci yerə layiq görülüb. Təşkilat Komitəsinin sədri Hızır Aslıyüksek bu uğur münasibətilə Fariz həkimi təbrik edib və ona müvafiq qaydada hazırlanmış Sertifikatı təqdim edib.

Təbrik edirik, qardaşım! Bu uğur həm də sizin valideynlərinizin, sizə dərs deyən müəllimlərin, xüsusən bu yolda xeyli zəhmət çəkmiş istefada olan Tibb xidməti polkovniki, Tibb üzrə fəlsəfə doktoru Rasim Əliyevin uğurudur!

Allah özü sizi pənahında saxlasın. Amin.

Şamil Sabiroğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist.

Bakı, 03.10.2026.