Birinci sinifdən bərabər gəldik,
On il həqiqətə hamar yol çəkdik.
Hər kəsi öz hörmətilə seçildik,
Sinif yoldaşlarım başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
Musahəddin Aybənizə vuruldu,
Eşq odu qəlbində coşub duruldu,
Məhəbbət bağının gülü quruldu,
Sinif yoldaşlarım, başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
Məktubunu Aybənizə mən verdim,
Yaxşı qızdır deyib, düzünü dedim,
Yaxşı ailə olar, sözünü dedim,
Sinif yoldaşlarım başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
Qovuşdular eşqlə, bir evləndilər,
Fidan tək övladlar göyə atdılar,
Nəvələri naz ilə oynadılar,
Sinif yoldaşlarım başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
Zəhmət sevər ailə, çörək dalınca,
Qürbət eldə yaşar, çörək qalınca,
Halal zəhmətlə dolanar alınca,
Sinif yoldaşlarım başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
Leyli Məcnun eşqi dildən düşməzmiş,
Sizin eşqiniz də ona bənzərmiş,
Sinifdə hörmətli iz sürməzmiş,
Sinif yoldaşlarım başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
BayramAşıqlı deyər, fəxrim çoxdur,
İki könül bir etdim, könlüm toxdur,
Eşqiniz əbədi, sönməyi yoxdur,
Sinif yoldaşlarım başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
Sehirli duyanda dostlar sevinər,
Sağ ol Bayram deyib, xeyir öyünər,
Dostluq bağımızda gül tək öyünər,
Sinif yoldaşlarım başımın tacı,
Musahəddin qardaş, Aybəniz bacı.
03.10.2026

