Peşəkarlığı,humanistliyi, işgüzarlığı, dəqiqliyi, təmkinliyi, təşkılatçılıq bacarığı,səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 ildən çoxunu Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında və Daxili İşlər Nazirliyinin Polis Akademiyasında müxtəlif vəzifələrdə keçirmiş- ehtiyatda olan polkovnik leytenant Elbrus Hüseynovun oktyabr ayının 31 də dünyaya göz açdığı gündür.
Daimi həyanın imtahanlarından alını açıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- ehtiyatda olan polkovnik- leytenant Hüseynov Elbrus Feyzulla oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Elbrus qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Hüseynov Elbrus Feyzulla oğlu 31 oktyabr 1972- ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.O,
DİN-in Daxili İşlər Nazirliyinin Polis akademiyasını bitrib.
1992-2017-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Şirvan (keçmiş Əlibayramlı) şəhərində, Zəngilan, Ağdam, Füzuli, Hacıqabul, Xəzər və Xacmaz rayonlarında (Yalama qəsəbəsində) yerləşən hərbi hissədə və ali hərbi məktəbdə müddətli həqqi hərbi xidmətdə olub, taqım komandiri, hərbi fənlər kafedrasında hərbi müəlim, baş müəllim, ali hərbi məktəbin qərargah rəisinin müavini vəzifələrində xidmət edib.
Elbrus Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polkovnik- leytenant Elbrus Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranıdır.
Qanunvericiliklə müəyyən olunmuş qayda, Din-in Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir.
Elbrus Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illərdə, öz tabeliyində olanlara və digər hərbi qulluqcula Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində daimi şəxsi nümunə olaraq, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyuş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirnın, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, DİN- in polis akademiya və hərbi məktəb rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə,(pul mükafatları ilə), bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının yaradılmasının 23-il ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə, Azərbaycan Respubilkası Prezidentinin 11 mart 2015- ci il tarixli sərancamına əsasən Polkovnik-leytenat Hüseynov Elbrus Feyzulla oğlu ‘Hərbi xidmətlərə görə” medala təltif edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmiş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərə görə polkovnik-leytenat Elbrus Hüseynov Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2."Qüsursuz xidmətə görə" 1- ci (Ali) dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.“Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi (1991-2001)” yubileyi medalı ilə;
6.“Azərbaycan Respublikası Silahl Qüvvələrinin 90- illiyi (19918-2008)” yubiley medalı ilə.
7.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918- 2013)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELBRUS !
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
