Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunlarının  həyatında   özünəməxsus xidmətləri olan, yüksək hərbi peşəkarlığı,  vətənpərvərliyi,  sadəliyi və səmimiyyəti   ilə seçilən, ehtiyatda olan mayor Amin Kərimovun oktyabr ayının 31-də dünyaya göz açdığı  gündür.

 Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor Amin Kərimovu  belə bir əlamətdar   gün münasibətilə Daxili İşlər Nazirliyinin  (DİN-in)  zabitlər  birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər.Amin  hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha da xoşbəxt etsin.

 Mayor Kərimov Amin Səmid   oğlu  1979-ci ilin oktyabr ayının  31 -də Azərbaycan Respublikasının  Neftçala rayonun Bankə qəsəbəsində zəhmətkeş bir  ailədə anadan olub.

1995 - ci ildə Neftçala rayonun Bankə qəsəbəsində 2 saylı tam orta məktəbin 8-ci sinifini, 1998-ci ildə Cəmşid Naxçvanski adına Hərbi liseyi, 2002- ci ildə  Bakı Ali Birləşmiş Komandirlər məktəbini və  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən təlim -tədriis mərkəzində zabitlərin ixtisasartırma kursunu bitirib 

2002-2018 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Zakatala  rayonunda və Gəncə şəhərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə  və xalqa  sədaqətlə Xidmət  edib.

 Amin Kərimov DİN-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  hərbi andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.

A.Kərimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.  

Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,  qəzalar,bədbəxt hadisələr, yanğınlar və təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə  fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində,üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.   

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb və hərbi lisey rəislərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə dəfələrlə fərmanlarla və qiymətli hədiyyələrlə, əlaçı, yubiley və  müvafiq idman  dərəcəsi döş nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində,ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;

2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 - illiyi (1918 -2010)” yubiley medalı ilə;

3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;

4."Qüsursuz  xidmətə görə" 1-ci  (Ali) dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20   təqvim ili  xidmətə görə;

5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal  ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6.”Qüsursuz xidmətə görə” 3 -cü  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

Hərbi və iş  yoldaşları Amin Kərimovu vətənpərvər, qorxmaz,səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOGÜM GÜÜN MÜBARƏK OLSUN AMİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının   Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev