Azərbaycanın vətənpərvər, cəsur və işgüzar oğullarından biri - şəhid mayor Verdiyev İlqar Tapdıq oğlunun doğum günüdür. İlqar əslən Tovuz rayonunun Əyyublu kəndindəndir. 1975-ci il oktyabrın 31-də Bakıda doğulub. Xətai rayonunundakı 229 saylı tam orta məktəbdə, C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Türkiyəyə yollanıb, Ankara Kara Harb Okulunu bitirib.
Azərbaycana qayıdan kimi şanlı Ordumuzda xidmətə başlayıb. O, 2012-ci il oktyabrın 31-də şəhid olub. Məzarı Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindədir. Ailəli idi, 3 övladı yadigar qalıb.
Ruhu şad olsun.Amin.
Şamil Sabiroğlu, jurnalist,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri.
Bakı, 31.10.2026.
