Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan, Azərbaycan Respublikasının müharibə veteranı baş -leytenat Sultanov Kamran Yusif oğlunun oktyabr ayının 28-də dünyaya göz açdığı xoş günüdür!..

Biz də Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri (hərbi vəzifələri) olmaqla baş -leytenant Kamran Sultanovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyaat arzulayırlar!.. 

 K.Sultanov 1992-1994-cü illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmətdə olduğu illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Əhətəsində olan insanların rəğbətini və hörmətini qazanmış baş -leytenant Kamran Sultanov 1994-2000-ci illərdə Daxili Qoşunların Sumqayıt şəhərinnin və Quba rayonunun ərazisində yerləşən hərbi hissələrdə ərzaq və geyim xidməti rəisi,2000-2002-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Geyim xidmətində zabit vəzifələrində xidmət etmişdir.

K. Sultanov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı ilə tətif olunub, fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib.

KAMRAN DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!

 YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev