Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında özünəməxsus öz dəst-xətti olan, peşəkarlığı, vətənpərvərliyi, işgüzarlığı, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində keçirmiş, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı, ehtiyatda olan polkovnik- leytenant Xanbabayev Vahid Qəzənfər oğlunun oktyabr ayının 28- də dünyaya göz açdığı xoş bir gündür.
Daimi həyatın bütün snaqlarından alını açıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı ehtiyatda olan polkovnik- leytenant Xanbabayev Vahid Qəzənfər oğlunu doğum günü münasibətilə onu doğmaları, əzizləri və yaxınları təbrik edir.
Bizdə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitləri birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri olmaqla, polkovnik – leytenant Vahid Xanbabayevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edirlər.
Polkovnik- leytenat Xanbabayev Vahid Qəzənfər oğlu 28 oktyabr 1973 -cü ildə Bakı şəhərində anadan olub.
Bakı şəhərində orta məktəbi və AzərbaycanDövlət Neft Akademiyasını bitirib.
Vahid XanbabayevDaxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, hərbi xüsusi- taktiki təlimlərdə, nümnəvi göstərci məşğələlərdə, operativ-komanda qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı ehtiyatda olan polkovnik- leytenat Vahid Xanbabay 1996- 2026 -cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Qərargahında baş zabit və bölmə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Vahid Xanbabayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinin dəqiq və sösüz yerinə yetirilməsi işində öz tabeciliyində olanlara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır
Qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında , qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalada hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub :
“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2.“Qüsursuz xidmətə görə” 1-ci (Ali ), 2-ci və 3-cü dərəcəli medallar ilə;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 10-iliyi və 90-illiyi yubiley medalları ilə.
Azərbaycan Respublikası Prezıdentının 11 mart 2020- ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və şücaət göstərdiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VAHİD!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



