Tapdıq Əlibəyli sözün gözü ilə.
Bakı, “Elm və təhsil”, 2026, 490 səh.
“Tapdıq Əlibəyli sözün gözü ilə” kitabı tanınmış şair, publisist, jurnalist və ictimai xadim Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunmuş, onun zəngin yaradıcılıq yolunu və ictimai fəaliyyətini əks etdirən məqalələr və ithaf şeirləri toplusudur.
Çağdaş Azərbaycan ədəbiyyatında, mətbuatında və ictimai fikir tarixində özünəməxsus mövqeyi olan ziyalının yaradıcılıq portretini təqdim edən nəşrdə ədəbiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrin nümayəndələrinin qələmə aldıqları məqalələr, düşüncələr, xatirələr, şeirlər və bir poema yer alır.
Kitabda Tapdıq Əlibəylinin zəngin ədəbi irsi, şair dünyası, publisistik yaradıcılığı, jurnalistik fəaliyyəti, ictimai mövqeyi və milli-mənəvi dəyərlərə bağlılığı müxtəlif aspektlərdən araşdırılır və işıqlandırılır. ----------------------------------
Tərtibçi-müəllif: Dilqəm Quliyev
pedaqogika üzrə elmlər doktoru, professor,
Prezidentin Fərdi təqaüdçüsü
Redaktor: Sayadulla Kərimli
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü
Üz qabığının tərtibatı: Nəsrullah Tinayev
Korrektor: Zivər Baqışqızı
----------------------------------
Kitabda imzası yer alan müəlliflər:
Sabir Rüstəmxanlı, Səyadulla Kərimli, Musa Qasımlı, Dilqəm Quliyev, Eyvaz Qunbatov, Resmiyye Sabir, Raqif Nazimoglu, Anar Veziroglu, Ədalət Nəbibəyli, Юсиф Негмекар , Shemsiye Kerimova, Zaməddin Ziyadoğlu Həmişəyev, Arif Ismayilbeyli, Мансур Бархударов, Vəli Əsmətov, Alim Qulmaliyev, Ramiz Goyushov, Eldar Rəhimov Fərzi, Vidadi Orucov, Ağasəf Mustafabəyli, Əyyub Sabiroğlu, Ramiz Oğuz Həsənov, Şükür Müseyiboğlu Şair-Publisist, Vaqif Allahverdiyev, Хелил Мирзе, Əbülfət Mədətoğlu, Elxas Comərd, Nadir Məmmədli, Яшар Ибадов, Bilman Allahverdiyev, Fərman Borçali Əliyev, Əzizə Ağahüseynqızı , Ziver Eliyeva, Çingiz Ərəbli, Alovsat Aliyev, Emir Huseynli, Hüseyn Məmmədov, Sabir Abdin, Vüqar Əhməd, Reshad Mecid, Elxan Mustafayev, Akif Abışoğlu, Deyanet Osmanlı, Elman Eldaroğlu, Bayram Məmmədov, Akif Cabbarlı, Cavanşir Novruzov, Füzuli Əliyev, Xətai Ələsgərli, İlqar Yusibov, Eldar Səməd, Abbas Bağırov, Xanemir Telmanoglu, Vüsalə Bədəlova, Zahir Abbas, Vüqar Dadaşov, Samir AsadLi, Qəşəm Nəcəfzadə, Firudin Qəmbər Saleh, Nizami Kazımoglu Turantürk, Səfər Kəlbixanlı, Şakir Əlifoğlu, Yusif Əlizadə, Mehman Mayılxanlı , Alıcan İsgəndərli, Rafail Həbiboğlu, Hikmet Melikzade, İsa Hüseynoglu, Şərafət Şəfa, Eldar İsmayıl, İladi Öməroğlu, Abbas Ferecoglu, Məhərrəm Yunisoğlu, Hikmət İslamoğlu və Bəydadaş Cəfərli
🪶Yaxın günlərdə kitabın təqdimatı nəzərdə tutulur.
