Hörmətli Redaksiya, 5 ay öncə yaxın qohumum, 1991-ci il təvəllüdlü Mənsimə Sənan qızı Əsgərovanın səhhətində ciddi problemlər yarandı. Biz, aidiyyəti üzrə Sabunçu Tibb Mərkəzinə müraciət etdik. Mərkəzin Psixosomatika şöbəsinin həkim - psixiatrı Ləman Quluzadə dəqiq diaqnoz təyin edərək xəstəni müalicə etdi. Qısa müddətdə Mənsimənin ağrıları azaldı, səhhəti normallaşdı. Mənsimə indi özünü çox yaxşı hiss edir.
Odur ki, Sizdən xahiş edirəm, ailəmizin adından xüsusi təşəkkürü Sabunçu Tibb Mərkəzinin Rəhbərliyinə, xüsusən də Mərkəzin Psixosomatika şöbəsinin həkim - psixiatrı Ləman Rəfail qızı Quluzadəyə çatdırasınız.
Doğru deyiblər, "Allah dərd verəndə, onun dərmanın da verir".
Sənayə Sultanova, Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakini.
17.10.2026.
