AVMVİB- nin Nəsimi rayon şöbəsinin üzvləri ailələri ilə birlikdə Nardaranın Sibris ərazisində möhtəşəm sirk proqramının qonağı olublar.

17 oktyabr 2026- ci il tarixində Bakı şəhərində Nardaran qəsəbəsinin Sibris ərazisində möhtəşəm sirk proqramı keçirilir.Sirk rəhbərliyinin təşəbbüsü və qonaqlara göstərilən xüsusi diqqət sayəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin üzvlərini ailələri ilə birlikdə bu möhtəşəm sənət və əyləncə proqramına dəvət olunublar.

Sirkin direktoru İsrafilov Allahverdi Həsənbala oğlu, həmdə Azərbaycanin ilk Montekarlo oskar mükafatçısı, Ulduzlar Meydanı MMC nin direktoru Aygün Hacıyeva Həsənbala qızı və Vətən övladları xeyriyyə cəmiyyətinin rəhbəri Əhməd Tağıyev Əlixan oğlunun təşəbbüsü ilə uzun müddətdir ki, AVMVİB- nin Nəsimi rayon şöbəsinin üzvlərinə təmənnasız olaraq sirk proqramlarını izləmək  imkanı  yaradılır. Bu gün də həmin gözəl ənənə davam etdirilərək cəmiyyətimizin üzvləri ailələri ilə birlikdə yenidən sirkə dəvət olunublar.

Bu nəcib təşəbbüsə görə sirk rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.Belə diqqət və qayğı veteranlarımıza, qazilərimizə, müharibə əlillərinə və şəhid ailələrinə göstərilən hörmətin , onların xidmətlərinə verilən dəyərin gözəl nümunəsidir.

Qəhrəmanlarımız unudulmur!

Xalqımız Vətən uğrunda canından keçən şəhidlərini , torpaqlarımızın azadlığı uğrunda döyüşən igid övladlarını heç vaxt unutmur. Bu gün həmin qəhrəmanların sırasında yer alan müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri və qazilər ailələri ilə birlikdə xalqımızın arasında olması , mədəniyyət və əyləncə tədbirlərində iştirak etməsi cəmiyyətimizdə onlara göstərilən ehtiramın təzahürüdür.

Vətən uğrunda döyüşən igidlərimiz yalnız qəhrəmanlıqları ilə deyil , həmdə cəmiyyətimizin ayrılmaz üzvləri kimi hər zaman hörmətə layiqdirlər. Onlara göstərilən diqqət və qayğı , ailələrinin sevincinə şərik olmaq mənəvi borcumuzdur.

Sənətin, cəsarətin və məharətin möhtəşəm nümayişi.

Sirk proqramının ərsəyə gəlməsində və tamaşaçılara təqdim olunmasında Aygün xanımın və Allahverdi müəllimin əməyi xüsusi qeyd olunmalıdır. Onların təşəbbüsü, təşkilatçılığı və bu sahəyə göstərdikləri diqqət sayəsində tamaşaçılar maraqlı, rəngarəng və yaddaqalan sirk nömrələrini izləmək imkanı əldə edirlər.

Sirk sadəcə əyləncə deyil,həm də böyük zəhmət , intizam, cəsarət və peşəkarlıq tələb edən sənət növüdür. Hər bir çıxışın arxasında uzun məşqlər , iradə və kollektiv əməyinin dayandığını görmək mümkündür.

17 oktyabr tarixində tamaşaçılar üçün ardıcıl olaraq iki seans -saat 12:30 da və 15:30 da- təşkil olunub. Proqram müxtəlif yaş qruplarından olan tamaşaçılar üçün maraqlı anlarla zəngindir.

Sirk arenasında nümayiş olunan akrobatik hərəkətlər, yüksəklikdə və havada həyata keçirilən nomrələr, tarazlıq üzərində qurulan təhlükəli çıxışlar , çeviklik və fiziki hazırlıq tələb edən səhnələr tamaşaçılarda böyük maraq doğurur.

Xüsusilə yüksək peşəkarlıq və cəsarət tələb edən nömrələr , fırlanan kürə daxilində motosikletlə nümayiş etdirilən sürət və məharət səhnələri, hoqqaçılıq və digər şou elementləri proqramın ən diqqətçəkən məqamlarındandır. İşıqların , musiqinin və səhnə quruluşunun yaratdığı möhtəşəm ab-həva  sirk arenasını əsl bayram məkanına cevirir.

Belə çıxışlar həm uşaqlara sevinc bəxş edir ,həm də böyüklərə gündəlik həyatın qayğılarından uzaqlaşacaq xoş və unudulmaz anlar yaşadır.Sirk sənətçilərinin cəsarəti, çevikliyi və məharəti tamaşaçılara əsl şou həyəcanı yaşadır.

AVMVİB-nin üzvləri ailələri ilə birlikdə xoş anlar yaşadılar.

Tədbirdə AVMVİB nin Nəsimi rayon şöbəsinin üzvləri oz ailəri ilə birlikdə iştirak edərək maraqlı sirk proqramını izləyiblər. Cəmiyyətimizin üzvləri ailələri ilə birlikdə bu gözəl şəraitdə təşkil olunan tamaşadan zövq alıb, xoş təsərüfatlarla ayrılıblar.

Ailə üzvlərinin birlikdə belə tədbirlərdə iştirak etməsi , uşaqların sevincinə şərik olmaq və xoş xatirələr qazanmaq hər kəs üçün dəyərlidir.Sirk rəhbərliyinin bizim cəmiyyətin ailələrinə yaratdığı bu imkan həmdə insanlara sevinc bəxş etməyin, diqqət və qayğının nə qədər əhəmiyyətli olduğunu göstərir.

Biz inanırıq ki, cəmiyyətimizdə veteranlara, şəhid ailələrinə və Vətən qarşısında xidmətləri olan insanlara göstərilən belə münasibət daim davam etdirilməlidir.

Səmimi təşəkkür və minnətdarlıq .

AVMVİB-nin Nəsimi rayon şöbəsi adından bu gözəl təşəbbüsə görə və cəmiyyətin üzvlərinə göstərilən diqqətə görə sirkin rəhbərləri Aygün xanıma və Allahverdi müəllimə və bizimlə əlaqə saxlayaraq dəvətin təşkilində iştirak edən xeyriyyəçi Əhməd bəyə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Sizin cəmiyyətimizin üzvlərinə və onların ailələrinə gostərdiyiniz diqqət, yaratdığınız şərait və illərdir davam etdirdiyiniz bu xoş ənənə yüksək qiymətə layiqdir. Əminik ki, belə nəcib təşəbbüslər insanları bir-birinə daha da yaxınlaşdırır , cəmiyyətimizdə qarşılıqlı hörmət və mənəvi həmrəyliyi gucləndirir.

Sizə və bu işdə əməyi olan bütün kollektiv üzvlərinə möhkəm cansağlığı , ailə səadəti, yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Qoy sirk arenanızdan sevinc, alqış və xoş təəssüratlar heç vaxt əskik olmasın! Tamaşaçılara bəxş etdiyiniz hər gözəl an sizə daha böyük uğurlar qazandırsın.

Arzu edirik ki, bundan sonra da belə möhtəşəm tədbirlər təşkil edəsiniz , insanlara sevinc bəxş edəsiniz və veteranlarımızla əməkdaşlığınız uzun illər davam etsin .

Bir daha səmimi təşəkkürümüzü bildirir, bütün kollektivinizə uğurlar diləyirik!

Hörmətlə: 

AVMVİB- nin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov 

Sədr müavini Həşimov Namiq 

Bakı - 17 oktyabr 2026-cı il.