Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulmuş və Kərbəlayi Ağahüseyn Qurani-Kərimdən ayələr oxumuşdur. Mərasimdə Maştağa icra hakimiyyətinin sədri Elvin müəllim, onun birinci müavini Ramin müəllim, və Maştağa bələdiyyə sədrinin müavini Ağazakir müəllim iştirak etmişdirlər. Elvin müəllim çıxışında şəhidin ailəsinə Sabunçu rayon icra başçısı cənab Adil Vəliyevin adından başsağlığı vermiş və vətən müharibəsinin uğurlu qələbəsindən danışmışdır .Ziyarət mərasimində şəhid ailələri, yaxınları, kənd camaatı və AVMVİB-in Maştağa qəsəbəsi üzrə özək sədri Mustafa müəllim, həmçinin kəndin qazi və veteranları iştirak etmişdir