Tarixdə elə insanlar var ki, yada qalır. Belə insanlardan biridə ömrünün ən məhsuldar dövrünün 30 ildən çoxunu hərbi xidmətə həsir etmiş, Azərbayca Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- istefada olan mayor Hüseynov Yadigar Əliheydər oğludur.Oktyabr ayının 7 -də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- istefada olan mayor Hüseynov Yadigar Əliheydər oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyiinin (DİN-in) zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzu edib deyirlər,Yadigar qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Hüseynov Yadigar Əliheydər oğlu 1958- ci ilin oktyabr ayının 7- də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində zəhmətkeş bir ailədə anadan olub.
1973 -cü ildə Ucar rayon Lək kənd orta məktəbini, 1982-ci ildə Bakı Politexnik Texnikumunu, 1983 - ci ildə gizirlər hazırlayan məktəbi, 1991- ci ildə isə gizirlərin ixtisas artırma kursunu bitrib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, komando- qərargah məşqilərində, müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda iştirak edib.
1977- 1979 cu illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətə olub.
1980- 1991- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən konvoy- mühafizə alayında və əməliyyat birqadasında nəzarətci, bölüyün baş cavuşu və tağım komandiri vəzifəsində işləyib.
1992 - 2008 ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağdam, Ağdərə, Füzuli, Xətai və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində və hərbi hospitalında taqım komandiri, mənzil - istismar xidmət rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Goronboy ,Ağdam , Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlib.
Mayor Yadigar Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yarlanıb, 2- ci qurup müharibə əlilidir.
Yadigər Hüseynov SSRİ- in və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Kazaxstan, Özbəkistan, Gürcüstan, Litva respublikalarında, Bakı və Sumqayıt şəhərlərində cəzaçəkmə müəssisələrində və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyinin təmin edilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə halla, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Xidməti və ictimai vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə SSRI və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlaçı və yubiley döş nisanları ilə təltif edilib, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1. “Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 -2001)” medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918- 2008)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə.- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə " 2 -cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
7." SSSRİ Silahlı Qüvvələrinin 70 -illiyi (1918-1988)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. YADİGAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Reslubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev




