İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun dünyaya gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Belə insanlardan biridə Qədim borcalımlzın indiki Gürcüstan Respublikasının Dumanisi rayonunun Yuxarı Oruzman kəndində 1976- cü ilin oktyabr ayının 4 -də zəhmətkeş bir ailədə anadan olmuş, insanpərvər, bütün insanlara qarşı qayğıkeş, mehriban, zəhmətkeş, bacarıqlı və xeyirxah insan olan, ətrafındakı insalarn və kollektivin rəğbətini və hörmətini qazanmış, yaxşı ailə başçısı ehtiyada olan baş- leytenant Abdurrahmanov Nadir Taryel oğludur.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan ehtiyatda olan baş leytenant Nadir Taryel oğlu Abdurrahmanovu belə bir əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirəm. Nadir yaşının üstə gələn bu yeni yaşda, sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə xoş keçsin.
Nadir yeni yaşın uğurlu və düşərli olsun.
Bu təbrikə Nadirin ,valideynləri , həyat yoldaşı,övladları,doğmaları, əzizləri, yaxın qohumları və onun pərəstişkarları qoşulurlar.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN NADİR!
Dərin hörmətlə və səmimiyyətlə: Salman Calal oğlu Musayev




