Biz Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvü və Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri olmaqla 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir.
Əziz Müəllimlər, gününüz mübarək!
Bu gün münasibəti ilə Sizi ürəkdən təbrik edir, ailə rifahı, vacib və çətin peşənizdə uğurlar arzu edirik. Müəllim peşəsi şərəfli və məsuliyyətlidir. Məhz buna görə də sizlərə bu şərəfli fəaliyyəti yerinə yetirməyiniz üçün yaradıcı güc arzu edirik. Cəmiyyətin həssas və dəyərli təbəqəsi olan müəllimlərə qayğı dövlətimizin daim diqqətindədir. Gələcəyimiz təhsilə, təhsilimiz isə müəllim adını şərəflə daşıyan pedaqoqlarımızla bağlıdır. Millətin tərəqqisi elmdən, bilikdən asılıdır.
Təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.
Hörmətli və dəyərli müəllimlər, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri Sizi bir daha 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayır.
Dərin hörmət və ehtiramla : Polkovnik Salman Musayev
