Peşəkarlığı, humanistliyi, iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Azərbaycan ordusunda və Daxili Qoşunlarda keçirmiş Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan mayor Məmmədov Cingiz Nəzərovicin oktyabr ayının 5- də dünyaya göz açdığı xoşr bir gündür.
Daha doğrusu 60 illik yubileyidir!
Daimi həyatın bütün snaqlarından alını açıq və üzüağ çıxan Azərbaycan Respubilkasının müharibə veteranı, istefada olan mayor Məmmədov Cingiz Nəzərovici doğum günü münasibətilə onun doğmaları, əzizləri və yaxınları təbrik edir.
Bizdə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitləri birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri olmaqla mayor Cingiz Məmmədovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edirlər.
Məmmədov Cingiz Nəzərovic 5 sentyabr 1966-cı ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1983 -cı ildə Bakı şəhər Suraxanı rayonu 87 nömrəli orta məktəbi,1989 -cı ildə isə Azərbaycan Dövlət Neft Institutunu bitirib.
Cingiz Məmmədov Azərbaycan ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, hərbi xüsusi- taktiki təlimlərdə,nümnəvi göstərci məşğələlərdə, operativ-komanda qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Azərbaycan Respublikasının müharibə veteranı istefada olan mayot Məmmədov Cingiz Nəzərovic ,1990-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə, 1991-1998-ci illərdə Müdafiə Nazirliyinin Bərdədə korpusunda kəşfiyyat rəisinin müavini, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində isə şöbə rəisi vəzifəsində çalışıb.
1999- 2008-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonu ərazisində yerləşən əlahiddə dayaq rabitə qovşağında qovşağın rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında Kəşfiyyat şöbəsinin vəRabitə və AİS şöbəsinin baş zabiti vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Cingiz Məmmədov Daxili Qoşunların Baş İdarəsindən təqaüdə çıxdıqdan sonra Elektron kamera və təhlükəsizlik cihazlarının layihələşdirilməsi və quraşdırılması üzrə özəl şirkətlərin birində çalışır.
Cingiz Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinin dəqiq və sösüz yerinə yetirilməsi işində öz tabeciliyində olanlara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır
Qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında , qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalada hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub :
1..“Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 10-illiyi və 90-iliyi yubiley medalları ilə.
60 İLLİK YUBEY GÜNÜN MÜBARƏK OLSUN CİNGİZ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



