Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olmuş, peşəkarlığı, səmərəli fəaliyyəti və vətənpərvərliyi ilə seçilən, istefada olan polkovnik leytenant Məmmədov Arif İsmayıl oğlunun sentyabr ayının 23 -də 58 yaşının tamam olması günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin (DİN-in) üzvləri Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,yaxınları, dostları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyata insan üçün ən şirin nemət olan möhkəm can sağlığı arzu edib deyirlər, Arif qoy yaşınızın üstə gələn bu yaşda sizə sevinc dolu illər bəxş etsin,hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik- leytenant Məmmədov Arif İsmayıl oğlu 1968 - ci ilin sentyabr ayının 23 -də Azərbaycan Respublikasının Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1985-ci ildə Gəncə şəhərində orta məktəbi, 1990-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vladikavkaz (əvvələr Ordzhonikidze) şəhərində yerləşən Ali hərbi komandirlər məktəbini bitirib.
Polkovnik-leytenant Akif İsmayıl oğlu Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kursant olduğu və daxili qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim- metodiki toplanışlarda,taktiki-xüsusi təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, komanda qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Polkovnik - leytenant Məmmədov Arif İsmayıl oğlu 1990-1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında taqım komandiri vəzifəsində çalışıb.
Polkovnik-leytenant Arif Məmmədov 1992-2006-cı illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazrliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Ağdam, Füzuli, Binəqədi, Nərimanov və Xəzər rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət edib.
Məmmədov Arif İsmayıl oğlu DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi üçün nümunə olmuşdur.
Öz xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına, xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,
diviziya və hərbi hissə komandirlərinin əmrləri ilə polkovnik leytenant Arif Məmmədov daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini eləcə də hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Atif Məmmədov aşağıdakı medallarla təltif olunub:
1.”SSRİ Silahlı Qüvvələrinin 70 -illiyi (1918- 1988)" yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi (1991 - 2001)” yubiley medalı ilə;
3.”Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
4."Qüsursuz xidmətə görə” 2 ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
ARİF DOĞUM GÜNÜN MÜBARƏK OLSUN !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



