Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının həyatında özünəməxsus xüsusi xidmətləri olan, Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli peşəkar və çox təcrübəli zabit, istefada olan polkovnik-leytenant Əsgərov Zöhrab Əvəzağa oğlunun sentyabr ayının 22-də dünyaya göz açdığı xoş bir günüdür!..
Biz də Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri (hərbi vəzifələri) polkovnik – leytenan Zöhrab Əsgərovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, arzulayırıq!..
Xatırladaq ki, Əsgərov Zöhrab Əvəzağa oğlu 22 sentyabr 1975-ci tarixdə anadan olub.
Əhətəsində olan insanların daimi rəğbətini və hörmətini qazanmış Əsgərov Zöhrab Əvəzağa oğlu 2001-2025-cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sabunçu və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və Daxili Qoşunların Baş İdarəsinin Qərargahındd və Katibliyində aparıcı məsul vəzifələrdə xidmət edib.
Polkovnik – leytenant Əsgərov Zöhrab Əvəzağa oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.“Qüsursuz xidmətə görə” 1-ci (ali) dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
7."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında , mütəşəkkil cinayətə qarşı mübarizədə və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərləşdirilməsi də, dövlətin ərazi bütövlüyünün edilməsində xüsusi fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinn 7 mart 2019-cu il tarixli 1020 saylı sərəncamı ilə polkovnik – leytenant Əsgərov Zöhrab Əvəzağa oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
ZÖHRAB DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Hörmət və ehtiramla:Polkovnik Salman Musayev
