Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan və həmişə müqəddəs peşəsinə layıq olan, yüksək peşəkarlığı, dərin zəkası, səmimiyyəti,səmərəli fəaliyyəti,işgüzarlığı, qayğıkeşliyi,təşkilatçılıq bacarığı,sadəliyi,qayğıkeşliyi,vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü tibb xidməti sahəsində keçrən- cəfakeş həkimlərmizdən biri olan - istefada olan tibb xidməti mayoru Məmmədov Eyvaz Mikayıl oğlunun sentyabr ayının 23 -də 61 yaşının tamam olması münasibətilə Eyvaz həkimi Daxil İşlər Nazirliyiinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, iş yoldaşları,dostları,pərəstişkarları səmimi qəlbdən təbrik edir,ona maraqlı həyat, mənalı ömür, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti, işlərində uğurlar və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edirlər.Eyvaz həkim yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

 Eyvaz həkim DİN-in Daxili Qoşunların Baş İdarəsinin Sanitar-Epidemiologiya Dəstəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və əsasnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqçulara daimi nümunə olmuş, hippokrat andına isə həmişə sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

   

  Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Eyvaz həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.


  Öz vəzifələrini yerinə yetirərkən xüsusi fərqləndiyinə və digər xidmətlərinə görə tibb xidməti mayoru Eyvaz Məmmədov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, xidmət və dəstə rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yübiley döş nişanları ilə təltif edlib, dəfələrlə fərmanlarla, diplomlarla və qiymətli.hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan olunub. 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN EYVAZ HƏKİM!

  DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞAÖMRÜN UZUN OLSUN 100 YAŞA,SAĞLAM YAŞA.

  ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN. 

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Calal oğlu. Musayev