Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı, dərin zəkası, qayğıkeşliyi, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti,  xeyirxahlığı, iradi, mənəvi keyfiyyətləri  və Daxili Qoşunlarında səmərəli fəaliyyəti ilə seçilən, ehtiyatda olan polkovnik- leytenant Alıyev Anar Yafəs oğlu 1976 - ci ilin sentyabr ayının 20 - də  Azərbaycan Respublikası Şamaxı rayonun  Ovçulu kəndində zəhmətkeş bir ailədə anadan olub.

 1993-ci ildə Dağlıq Şirvan şəhər Regional Təhsil İdarəsinin Şamaxı rayon B.Alıyev adına Ovçulu kənd orta məktəbi, 1994-1998 ildə Bakı ali dənizçilik məktəbində təhsil alımış, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişdir. 

 Anar Alıyev   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində,  və hərbi hissələrdə  keçirlən bir çox   təlim- metodiki toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə,nümnəvi -göstərici məşğələlərdə,   seminar və konfranslarda fəal iştirak edib.

 Polkovnik- leytenant Anar Alıyev Yafəs oğlu    2002-ci ildə Şamaxı rayonunda yerləşən orta məktəblərin birində Tarixi müəllimi işləyib.

 2003-2024 - cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Mətbuat xidmətində müxbir, Daxili Qoşunların Xətai , Binəqədi , Xəzər  və Qaradağ rayonunlarda yerləşən hərbi hissələrində və Ali hərbi məktəbində taqım  komandiri,bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, kurs rəisinin tərbiyəvi işləri üzrə müavini, kurs rəisi əvəzi, hərbi hissə komandirinin  tərbiyəvi işləri üzrə müavini vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.

  O,Azərbaycn Ordusunda və DİN-in  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

  Hərbi və müəllim yoldaşları  Anar Alıyevı vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

 A.Aliyev  qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 

 Öz xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, məktəb rəisinin, briqada və alay  komandirinin,müvafiq əmrləri ilə polkovnik leytenat Anar Alıyev əlacı  və yubiley döş nişanları ilə  təltif olunub, dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti və ictimai  vəzifələrini eləcə də hərbi hissən qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xəbərlərə görə Anar Alıyev aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   90-illiyi (1918 - 2008)” yubiley   medalı ilə;

 2.”Qüsursuz xidmətə görə 1 -ci  (Ali) dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

3."Qüsursuz xidmətə görə” 2 ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4."Qüsursuz  xidmətə görə " 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili  xidmətə görə.

 Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas  polkovnik Salman Musayev