Tarixin müxtəlif dönəmində, eləcə də 20-ci əsrin sonunda Müstəqil dövlətmizi qurub yaratmaq, əsasən vətənpərvər ziyalılarmızın ən böyük arzusu istəyi olmuşdur. Bütün bunlarla yanaşı, bu zaman kəsimində sosial həyatında baş verən ictimai-siyasi dəyişiklər fonunda cəmiyyətətmizin bəzi üzvlərinin mənəviyyatında gedən deformasiyalar özünü açıq bürüzə vermişdir. Ömürün qızıl kimi anlarını çayxana və ya küçələrdə boş-boşuna, səmərəsiz keçirmək mənəvi təzahürlərə alüdəçilik kimi çatışmazlıqlar dediklərmizə əyani su sübutdur: Lakin bütun bunlardan fəriqli olaraq,

əsil vətənpərvərliyi və faydalı əməlləri ilə öz insanlıq və dövlətdə tutduğu vəzifə borclarının öhtəsindən vicdanla gələn vətəndaşlarımız çoxluq təşkil etmiş və bu gunun özündə də mövcuddur . Onlar xalqımızın və millətimizin hər işinə yarayaraq kecid dövrünün bütün çətinliklərinə, mərdliklə, fədakarlıqla sinə gəlib öz məhsuldar bilik və baçarığnı dövlətmizin və cəmiyyətimizin xeyirinə əsirgəməyiblər.

  1 -ci və 2-ci müharibə iştirakcısı 

Azərbaycan Respublikasının müharibə veteranı, Aztv-də ,Ordu qazetində müxbür, Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin İctimaiyyətə ələqədar şöbəsində şöbə rəisinin köməkcisi,daha sonra isə əsgər qəzetinin redaktor müavini, Hünər qəzetində baş redaktor vəzifələrində Millətə, dövlətə vətənə və xalqa sədaqətlə xidmət etmiş,”Əsgər Ailəsi Cəmiyyəti”Vətənpərvərliyi Təbliği İctimai Birliyin sədri olub.

Roza Əliqızı 1963- cü ilin may ayının 19-da Qubatlı rayonunun Xanlıq kəndində anadan olub.

1980 -ci ildə Qubadlı rayon Xanlıq orta məktəbi, 1986-cı ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib.

Ürəyi daimi Vətən eşqi ilə döyünən bu fədakar xanım, ictimai fəal kimi "Əsgər" qəzetinin” Əsgər Ailəsi Cəmiyyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyin ilk yaradıclarından biridir. O, Qarabağ gercəklikləri və döyüşlərdən ibarət 9 dan çox kitabın, eləcə də bir cox şerlərin, publisistik məqalələrin müəllifidir.

Həyatda insan taleyi ilə bağlı olan bütün işlərin məsuliyyətini dərindən dərk edən Roza xanım harada hansı vəzifədə calışmasından asılı olmayaraq milli dəyərlərmizin və mədəni irsimizin qorunub saxlanılmasını eyni zamanda bu kimi keyfiyyətlərin gənc nəsilə aşılamasını özünə Vətən öhdəliyi hesab edir.

 Dölətciliymizin möhkəmləndirilməsi naminə var qüvvəsi ilə usanmadan calışır. 

Roza Əliqızı 44 günlük Vətən Müharibəsi günlərində, ondan əvvəlki və sonrakı günlərdə də daimi ordumuzun, qəhrəman müharibə iştirakçılarımızın döyüş bölgələrində hərbiçilərmizin yanında olmuşdur.Qələmi ilə, öz mənəvi dünyası ilə onların cəmiyyətdə adaptasiya olunmasına çalışmaqdadır, şəhidlərimiz və qazilrimizlə bağlı bir çox məqalələri bır çox mətbu orqanlarda işıqlandır.

1992-ci ildə ilk yaradılan “Əsgər Ailəsi Cəmiyyətinin” sədri, peşəkar hərbi jurnalist Roza Əliqızı Azərbaycan Respubilkası Prezdenti yanında Qeyri hökmət təşkilatlarına (QHT) dəstəyi şurasının xətti ilə Türkiyədə əsir, itgin girov düşmüş soydaşlarmızın acınacaqlı taleyləri ilə, eləcə də Qarabağ, Xocalı və 31 mart soyqrum həqiqətləri bağlı Türkiyənin bir sıra Nazirliklərində Təhsil Müəssisələrində, Mətbuat orqanlarında tədbirlərin, görüşlərin keçirilməsi, mətbuat orqanlarında işıqlandırılması ücün yazlı müraciətinə razlıq aldıqdan sonra, Türkiyənin bir sıra şəhərlərində yüksək səviyyədə tədbirlərin, görüşlərin və konfransların keçirilməsində Roza xanımın böyük əməyi olmişdur.

 Roza Əli qızı öz xidməti və ictimai vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərkən fərqləndiyinə, Azərbaycan Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində xüsusi digər sahələrdə isə görkəmli xidmətlərinə görə bir sıra medallarla, əlacı və yubiley döş nişanları ilə təltif edilib, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib.   

Roza xanım çalışdığı jurnalistika sahədə, ictimai fəaliyyətində, yaradıcılığında, dövlətclik, vətənpərvərlik ideyalarının təbliğinə həmişə xüsusi diqqət yeitrib, gənc nəslin mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması yolunda öz əməyini əsirgəmir.

 Azəbaycançılıq məfkurəsinə sadiq olan vətəndaş kimi milli birliymizin möhkəmlənməsinə öz töhfəsini verməyə daimi səy göstərir. Beləcə, uzun illərin yorğunluğu Roza Əliqızı saçını, təmiz, pak əməlləri isə üzünü ağ edibdir.

  Hörmətlə:Polkovnik Salman Musayev