Daxili işlər orqanlarının həyatında özünəməxsus öz dəsti-xətti olan, yüksək peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti, hümanistliyi, xeyirxahlığı, sadəliyi,dəqiqliyi,təmkinliyi, səmimiyyəti, vətənpərvərliyi işgüzarlığı, qayğıkeşliyi, yüksək intellektual səviyyəsi, iradi, mənəvi keyfiyyətləri və daxili işlər orqanlarında səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü ( 31 ildən coxnu) Daxili işlər orqanlarında keçirən hörmətli veteranmız,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nizami rayon şöbəsinin üzvü- istefada olan polis mayoru Musa Məmiş oğlu Əliyev 1964 cü ilin sentyabr ayının 20- də Qərbi Azərbaycanın Alahverdi rayonunun Böyük Ayrım kəndində ziyalı bir ailədə anadan olub.

1981- ci ildə Qərbi Azərbaycanın Alahverdi rayonunun Böyük Ayrım kənd orta məktəbini, 1985- ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitrib. 

 Musa Əliyev Daxili İşlər orqanlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi- taktiki təlimlərdə ,seminar və konfranslarda fəal iştirak etmişdir.

  1985- 1987 ci illərdə Sovet Ordusunun Sankt-Peterburq (kecmiş Leninqrad) şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqqi hərbi xidmətdə olub.

 1992 - ci ildən - 2022- ci ilin sentyabr ayının 20- na kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xızı, Abşaron, Sabunçu rayonlarında yerləşən Polis şöbələrində və İdarələrində və Daxili İşlər Nazirliyinin xüsusi təynatlı böluyində müvafiq vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda (Zəngilan rayonu istiqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Musa Əliyev Azərbaycan Respublikasının müharibə veteranıdır.

 Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər orqanlarına həvalə olunmuş vəzifə və tapşırıqıarın yerinə yetirilməsində, şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında, tutulmasında və zərərsizləşdirilməsində,yaşayış məntəqələrində kütləvi ixtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Mayor Musa Əliyev öz tabeliyində olanlara və bir çox polis əməkdaşılarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andının, Daxili işlər mazirliyinin post-patrul, intizam və sıra nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

 Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti, ictimai vəzifələrini və daxili işlər orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və polis xidməti keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə hörmətli veteranımız- mayor Musa Əliyev daxili işlər orqanlarında “əla xidmətlərə” əlacı və yubiley döş nişanı ilə təltif olunub, dəfələrlə diplomlarla fərmanlarla və qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

1." Daxili İşlər Nazirliyinin Polis Veteranı" medalı ilə;

2.“Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal-Daxili işlər orqanlarında 20 təqvim ili xidmətə görə;

3.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Daxili işlər orqanlarında 15 təqvim ili xidmətə görə;

4.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Daxili işlər orqanlarında 10 təqvim ili xidmətə görə;

5.“Böyük zəfər” medalı ilə.

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev