Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubovun tapşırığına əsasən İcra Hakimiyyətinin məsul əməkdaşları - Xəlil Vəliyev, Murad Hüseynov və digər şəxslər II Vətən savaşı zamanı şəhid olmuş Xocalı sakinləri - leytenant Namiq Rəhbər oğlu Cavadov, əsgər Nicat Həsən oğlu Əhmədov və əsgər Tural Şakir oğlu Abdullayevin məzarlarını ziyarət ediblər. Xəlil Vəliyev və Murad Hüseynov İcra Başçısı Şahmar Usubovun adından şəhid ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Xatırladıram ki, Tural Abdullayev 2020-ci il oktyabrın 1-də, Nicat Əhmədov 2020-ci il oktyabrın 8-də, Namiq Cavadov isə həmin il oktyabrın 25-də şəhid olub.

Ruhları şad olsun. Amin.


Şamil Sabiroğlu,

Bakı, 27.09.2026.