Vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu yolda mübarizədə qolunu, gözünü, ayağını itirən qazilərimizə isə can sağlığı arzulayıram.

Hər iki müharibədə onların yanında olduğuma görə qürur duyuram. Çəkdiyim süjetlər isə bir çox ailələrdə xatirəyə çevrilib — kimisi üçün şirin bir xatirə, kimisi üçün isə göz yaşları ilə dolu bir yadigardır...

Hər dəfə döyüş zamanı çəkdiyim videoları paylaşarkən, vaxtilə görüşdüyüm döyüşçülərin məndən sonra şəhid olması xəbərini aldığım anları və yaşadığım acıları yenidən xatırlayıram.

Biz sizlərə borcluyuq...

Bu zəfəri bizlərə yaşatdığınız üçün!

Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik.

Qazilərimizə Allahdan can sağlığı diləyirik.

Vətən sizə əmanətdir! 

Roza Əliqızı

hərbijurnalist

müharibə veteranı