Bakımüstəqil TV-nin sənədli film lahiyə rəhbəri kimdir 

Bakımüstəqil TV -nin sənədli film lahiyə rəhbəri Sara Qasım qızı Şərifovadır

Sərifova Sara Qasım qızı 1962-ci ilin fevral ayının 8 -da Ermanstan Respublikası (Qərbi Azərbaycan) Basarkeçər rayonun Güney kəndində zəhmətkeş bir ailədə anadan olub. O, Güney kənd orta məktəbi bitirdikdən sonra,1979-cu ildə təhsilini davam etdirmək üçün Bakı şəhərinə gələrək layihəçi- konstruktor, mühasib və tibb bacısı peşəsinə yiyələnmiş,eyni zamanda jurnalist kimi də fəaliyyət göstərmişdir.O, 1995-ci ildən tibb sahəsində çalışır.

2019-cu ildə Azərbaycan Tibb Universiteti və Çin Dövlət Gansu Tibb Universitetinin ikili sertifikatını almışdır.
İndiyədək iki şeir kitabı –“ Göycə gölüm”- “Ayrılıq olmaz bu qədər”, bir kitabı-Qazilər haqqında “Qorxunu Qorxudanlar Ölümü Öldürənlər” capdan çıxıb, bir neçə almanaxda şeirləri çap olunub.Eyni zamanda Türkiyə Respublikasının Sivas şəhərində 2020-2021-ci illərdə çap olunan “Sairler Seçkisi” 12 və 13 Antoloji kitabında da şeirləri yer alıb. 6 kitabı işıq görüb .Türkiyənin Canaqqala şəhərində " Hərbi" (Osmanlı) medali ilə təltif edilib.

Sara xanım 2006-cı ildə vətənpərvər şeirlərinə görə “ Verdibasar” qəzetinin təsis etdiyi “ Ağrı Dağı” diplomu ilə təltif olunub.

Mətubatu özünə yaxın dost seçən Sara Göycəli 2004-2005-ci illərdə “ Qızıl Pedro” Jurnalının poeziya şöbəsinin müdiri,2005-2006-cı illərdə “Qız qalası” qəzetinin müdiri, sonra isə “Mübariz qadın” qəzetində poeziya şöbəsinin müdiri vəzfəsini davam etdirmişdir.

2010-cu ilin əvvəlindən Dünya Azərbaycanları Konqresinin üzvü seçilən xeyirxah və qayğıkeş insan, Sara Göycəli sonralar DAK qadınlar şurasının sədrinin müavini seçilmişdir. “ Aşıq Pəri” məclisinin üzvüdür. AyTV kanalında “Sağlam düşüncə” verlişinin aparıcısıdır.

“Qızıl qələm və Xan qızı Natəvan” media mükafatı laureatı və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrində və Daxili Qoşunların Baş İdarəsində məsul vəzifələrdə çalışmış, Azərbaycan Respublikasının müharibə veteranı olmuş, unudulmaz və xatirələrdə yaşayan polkovnik - leytenant Əlif Cəmil oğu Dünyamalıeyevin həyat yoldaşıdır.