Bu gün Bakı Müstəqil TV.info-nun açılışı oldu. Bu münasibətlə adı çəkilən televiziyanın təsisçisi və icraçı direktoru açıqlama verərək bildirmişdir ki, Bakı Müstəqil info saytı Bakı Milli Televiziyası ilə sıx əlaqədardır və hazırlanmış materiallar Bakı Milli Televiziyasında da dərc olunacaq.

Yeni media qurumunun əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin və ictimaiyyətimizin geniş təbliğ olunması, Şəhidlərimizin müqəddəs xatirəsinin, Qazilərimizin və Veteranlarımızın tanıdılmasıdır.

Eyni zamanda Bakı Müstəqil TV qarşısına çox mühüm və xeyirxah bir məqsəd də qoyub. Belə ki, kanal Şəhid ailələrinin, Qazilərin və Veteranların üzləşdiyi şikayət və problemlərin həll olunmasında yaxından köməklik göstərəcək, onların səslərinin, müraciətlərinin aidiyyəti dövlət qurumlarına və ictimaiyyətə tez və operativ şəkildə çatdırılması üçün şərait yaradacaq.

Gələcək fəaliyyət planında vətənpərvərlik ruhunda layihə verilişlərinin hazırlanması, dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılması və cəmiyyət üçün faydalı maarifləndirici proqramların təqdim olunması nəzərdə tutulub.

İnanırıq ki, Bakı Müstəqil TV.info xalqımızla dövlətimiz arasında bir körpü olacaq, haqqın və ədalətin carçısı kimi fəaliyyət göstərəcək.

Qələmə aldı: AJB üzvü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü, vətənpərvər, sülhsevər, 4 kitab müəllifi şair-yazar BayramAşıqlı.