Üzün gülür hər an, bahar kimisən,

Ad günün mübarək, gözəl Zərifə.

Saz tək danışdıqca, könlüm titrəyir,

Ad günün mübarək, gözəl Zərifə.

Ay kimi doğmusan, dünyaya birdən,

Gözlərin nur saçır, könül ovsunlar.

Saçların ipək tək, dalğa-dalğadır,

Ad günün mübarək, gözəl Zərifə.

Ömrün uzun olsun, yüz il yaşa Sən,

Dərd görməyəsən heç, xoş gün görəsən.

Sazlarda səslənən, sözdə nəğməsən,

Ad günün mübarək, gözəl Zərifə.

BayramAşıqlı deyər şirin candan,

Sənə qurban olsun, bu gözəl andan.

Yüz il yaşa alqış gəlsin hər yandan,

Ad günün mübarək, gözəl Zərifə.

Müəllifi: BayramAşıqlı | 21.09.2026