Daxili işlər orqanlarının və Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olmuş, sağlığında alicənablığı, yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, dəyişməz xarakteri, vətənpərvərliyi, idarəçilik qabiliyyəti,təvazökarlığı, işgüzarlığı, iradi və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 15- ildən çox şərəfli xidmət yolunu Daxili işlər orqanlarda və DİN-in Daxili Qoşunlarında kecirmiş, Azərbaycan Respublikasının 2- ci qurup müharibə əlilli olmuş, unudulmaz mayor Məmmadzadə İlham Faiq oğlunun 23 sentyabr vəfat etdiyi gündür.
Allah rəhmət eləsin!
Qeyd edək ki, sayılıb seçilən zabitlərmizdən biri olan İlham Məmmədzadə uzun sürən onkoloji xəstəlikdən 2024-cü ilin sentyabr ayının 23- də Bakı şəhərində 59 yaşında vəfat edib.
Zəngin iş təcrübəsi və peşəkarlığı ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri həmişə ləyaqətlə yerinə yetirmiş 2 -ci qurup müharibə əlilli İlham Məmmədzadə Faiq oğlu 1964-ci ilin dekabr ayının 1-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq yaradan, unudulmaz mayor İlham Məmmədzadə 1982 ci ildə Bakı şəhəirndə orta məktəbi, 1987 -ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov Yanğın Texniki Ali Məktəbi bitirmişdir.İlham Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarında, xüsusi -taktiki təlimlərdə, komanda -qərargah məşqlərində,seminar və konfranslarda fəal iştirak etmişdir.
İşgüzar,çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətliİlham Məmmədzadə 1987-1992 -ci illərdə Daxili İşlər Nazirliyinin A.Heydərov Adına Siravi Və Kicik Rəis Heyəti Hazırlayan Məktəbdə baş müəllim,1992-1997-ci illərdə isə DİN-in Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində tabor komandiri, hərbi hissə komandirinin müavini- qərargah rəisi, Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində isə baş zabit vəzifələrində Vətənə və xalqa alqa sədaqətlə xidmət etmişdir.
İlham Məmmədzadə Daxili Qoşunlardan Sillahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Özəl müəssələrdə çalışmışdır.
İlham Məmmədzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək,üzərinə düşən vəzifə və tapşırıqları layıqınca yerinə yetirərkən ağır yaralanmışdır.
İctimai işlərdə fədakarlıq göstərən,dostlarna, yaxınlarına,qonşularına və həmkarlarına isti münasibətdə olan İlham Məmmədzadə, DİN-in Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.
Yorulmaz,xeyirxah insan, əsl vətəndaş mövqeyi ilə seçilən mayor Məmmədzadə İlham Faiq oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özünü qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə, dost- tanış, qohum- əqrəba,qonşu, döyüşcu yoldaşları arasında özünə layiq hörmət qazanmışdır.
İ.Məmmədzadə qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, hərbi şəhərciklərin,hərbi təchizat anbarların və mühüm dövlət obyektlərin mühafizə olunmasında,yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar habelə fövqalədə vəziyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinayətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən layiqincə gəlmişdir.
İ.Məmmədzadə öz xidməti vəzifə borclarının icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRI və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və onun müavinlərini, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Xarkov yanğından mühafizə məktəb rəisinin, Daxill Qoşunların Baş İdarəsinin döyuş hazırlığı idarə rəisinin, hərbi hissə komandirnin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif edilmişdir, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırılmış və ona təşəkkür elan olunmuşdur.
Heyif ki, biz 2024-cü illn sentyabr ayının 23 -də unudulmaz İlhamı itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin.
Hörmətlə :Polkovnik Salman Musayev
