Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm! Siz həyatımda xüsusi yeri olan ən əziz və dəyərli insanlardan birisiniz. Yaxşı ki, varsınız, yaxşı ki, həyat yollarımız kəsişib!

Siz mənim məktəb illərimin, Şuşalı günlərimin canlı yadigarısınız. Sizinlə bağlı xatirələr mənim üçün hər zaman əziz və qiymətlidir.

Sizə möhkəm can sağlığı, uzun ömür, könül xoşluğu və doğmalarınızla birlikdə çoxlu xoşbəxt günlər arzulayıram. Allah üzünüzü həmişə güldürsün, ömrünüzə bərəkət, qəlbinizə sevinc versin!

Ad gününüz mübarək, əziz Qulu bəy!

Böyük hörmət və səmimi sevgilərlə,

Elman Mustafazade