Daxili İşlər Nazirliyi (DİN)  Daxili Qoşunlarında müxtəlif  vəzifələrdə xidmət etmiş, sağlığında peşəkarlığı, vətənpərvərliyi, xeyirxahlığı, sadəliyi və səmimiyyəti ilə seçilən,  Azərbaycan  Respublikasının müharibə veteranı olmuş , unudulmaz və xatirələrdə yaşayacaq mayor İsmayılov Adil Balaş oğlunun   noyabr   ayının  14-də   vəfat  etdiyi günüdür  

Xatırladaq ki, 14 noyabr  2025-ci il  tarixdə günorta saatlarında “Azərsilah” Müdafiə  Sənayesi Holdingi QSC- nin strukturuna  daxil olan “Sənayecihaz” Elmi -İstehsalat Müəssisənin  Şirvan şəhərində yerləşən zavodlarının birində istehsalat qəzası nəticəsində  müəssisənin  əməkdaşı, Azərbaycan  Respublikasının müharibə veteranı olmuş mayor  Adil İsmayılov həlak olmuşdur.15 noyabr Salyan rayonun Qalaçala kənd qəbristanlığında torpağa tapşırılmışdır.

Bundan  əlavə qeyd edək kı, Mayor İsmayılov Adil Balaş oğlu 1969-cu ilin   sentyabr ayının 3-də Yardımlı rayonunun Arus kəndində zəhmətkeş  bir ailədə  anadan olmuşdur 

1986-cı ildə Yardımlı rayonun Arus kənd orta məktəbini, 1988-ci ildə Salyan kənd təsərrüfatı texnikomunu əla qiymətlər ilə bitirib.

1988-1990-cı illərdə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Moskva şəhərində yerləşən  tədris alayında  müddətli həqiqi hərbi xidmətdə, 1990-1992-ci illərdə isə həmin hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmuşdur. Xidmətlə yanaşı təhsilini qiyabi davam etdirib. 1992–ci ilin sonunda torpaqlarımızın işğalı ilə əlaqədar olaraq təhsilini yarımçıq qoyaraq Rusiya ordusundan imtina edib, Azərbaycan ordusunda xitmətə gəlmişdir.

1993-1994-cü illərdə  Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrin tərkibində Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Azərbycan Respublikasının müharibə veteranı idi.

1994-2010-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Hacıqabil, və Xəzər rayonunda yerləşən hərbi hissədə və təlim- tədris mərkəzində müxtəlif vəzifələrdə xidmət etmişdir.

 1998-ci ildə Türkiyənin Jandarma təşkilatının təşkil etdiyi kursu əla qiymətlərlə, kurs birincisi olaraq bitirmişdir. Kursu əla qiymətlərlə başa vurduğu üçün Daxili İşlər Naziri tərəfindən ilkin zabit rütbəsi verilmiş və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Adil İsmayılov öz tabeliyində olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən  edilmiş qaydada  Daxili Qoşunlara və hərbi hissələrə həvalə olunmuş vəzifə və tapşırıqıarın yerinə yetirməsində,hərbi təchizat anbarların,xüsusi yüklərin,dövlət əhmiyətli obyektlərin və inzibati binaların mühafizəsində,şəhərlərdə,yaşayış  məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsüzliyin təmin ediıməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında ,tutulmasında və zərərsizıəşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınıar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqalədə  vəziyyət və  komendant saatı  zaman hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütovlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları  layiqincə yerinə yetirmişdir.   

Öz xidməti vəzifələrini və hərbi hissə  qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə, Daxili işlər nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirinin  müvafiq əmirləri ilə əla xidmətlərə  görə  əlaçı  və yubiley döş nişanıları  ilə təltif olunub,bir dəfələrlə diplomlarla , fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb,  Adil  İsmayılova təşəkkur elan edilmiş  və aşağıdakı medallarla təltif edilmişdir:

 1.”Qüsursuz xidmətə görə” 1 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.“Qüsursuz xidmətə görə”  2 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

3. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim  ili xidmətə görə;

4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”  yubiley medlalı  ilə;

5.”AzərbaycanRespubilkası Silahlı Qüvvələrinin   90 illiyi (1918-2008)” yubiley medalı ilə.

Mayor Adil İsmayılov 2010-cu ildə Silahlı Qüvvələrə  ehtiyata buraxıldıqdan sonra  “Azərsilah” Müdafiə Sənayesi Holding  QSC- nin  strukturuna  daxil olan  “Sənayecihaz” Elmi -İstehsalat müəsisələrinin  Şirvan şəhərində yerləşən zavodların  birində mühəndis–sınaqçı, daha sonra sınaq sahəsinin rəisi vəzifəsində çalışırdı. 44 günlük Vətən müharıbəsi zamanı Müdafə Saneyisi Nazirliyində istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə Dövlət Sərhəd Xidmətinin və Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri   veteranı və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev