Daxili İşlər Nazirliyi (DİN-in)n Daxili Qoşunlarının  həyatında özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı, işgüzarlığı,xeyirxahlığı,qayğıkeşliyi,dəqiqliyi,təmkinliyi,vətənpərvərliyi,  sadəliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyətləri    ilə seçilən,SSRİ idman ustası,Azərbayca  Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- ehtiyatda olan  mayor Elşən Məmmədovun noyabr ayının 5 - də   53 yaşı tamam olur.

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,öz fədakarlığı ilə adını tarixmizin şanlı səhfəsinə yazan,cəsur döyüşcü-ehtiyatda olan mayor Elşən Məmmədovu  belə bir əlamətdar   gün münasibətilə  Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Elşən qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin. 

Mayor Məmmədov Elşən Tağı    oğlu  1973-cü ilin noyabr ayının  5 -də Bakı şəhərində zəhmətkeş bir   ailədə anadan olub. 

1989 - cu ildə  Bakı şəhər Nəsimi rayonunun 28 saylı tam orta məktəbi, 1998-ci ildə Azərbaycan  Bədən Tərbiyəsi və İdman İnstitunu (indiki Azərbaycan Dövlət BədənTərbiyəsi və İdman Akademiyasının “Bədən Tərbiyəsi və idman” ixtisası üzrə),1998 -ci ildə Daxili Qoşunların Baş İdarəsinin  döyüş hazırlığı idarəsinin  Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabit heyətin hazırlığı kursnu,2008-2009-cu illərdə isə Çin Xalq Respubilkasında  korpus və briqada tərkibində qərargahın idarə edilməsi,Türkiyə Respubilkasında isə kəşfiyyat kurslarını bitrib

1991-1995-ci illərdə Daxili Qoşunların Nərmanov rayonunda yerləşən  hərbi hissədə və əlahiddə idman (bölüyündə) dəstəsində müddətli həqiqi hərbi xidmətdə olub.

1995-2022-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Nərmanov,Xəzər, Quba və Hacqabil rayonlarında, Sumqayıt   şəhərində yerləşən hərbi hissələrində və əlahiddə bölmələrdə idman  (bölüyünün)dəstəsinin  baş cavuşu, taqım komandiri, bölük komandirinin müavini, qərargah rəisinin xidmət üzrə köməkcisi,qərargah rəisinin  döyüş təlimi üzrə müavini, xüsusi təyinatlı dəstə komandirinin tərbiyəvi işləri üzrə müavini,Daxili Qoşunların Baş İdarəsinin Qərarganda isə  kəşfiyyat şöbəsində  zabit vəzifələrində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib.Hal-hazırda Bakı şəhəri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbdə hərbi cağrışaqədər hərbi fənn müəlimi- hərbi rəhbər vəzifəsində çalışır.

 Elşən Məmmədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.

E.Məmmədov Daxili Qoşunlard xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbu təcrübə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub. 

1992-1994-cü və 2020-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.44 günlük vətən müharibəsində Murov dağdan başlayaraq, Şuşa şəhərinə dək şərəfli döyüş  yol kecmiş və noyabr ayını 5- də (öz ad günündə) yarlanmışdır.

Qanunvericiliklə  müəyyən edilmiş qaydada DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış  məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,  qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejim tədbirlərin  həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Sərbəst güləşci Elşən Məmmədov  ən cox sevdiyi idman növü olub.Hələ uşaqlıq yaşından “Sərbəst güləş” üzrə məşğul olduğundan Reslubilka,SSRİ,Beynalxalq, Daxili Qoşunlar, Daxili işlər nazirliyi və Ölkəmizin Güc Nazirliyi üzrə keçirilən yarışlarda və turnurlərdə dəfələrlə qələbələrə imza atıb, “SSRİ idman ustası” fəxri adını qazanıb.Din-in  Daxili Qoşunların Baş İdarəsinin və Daxili işlər nazirliyi idman cəmiyyətinin  yığma komandasının üzvü olub.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Baş Nazirin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq sərəncamı və əmrləri ilə bir cox   fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə), 44 günlük vətən müharibəsi iştirakcısı, əla xidmətlərə görə əlaçı   döş  və Daxili  Qoşunların yaranmasının yubiley nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  aşağıdakı medallarla təltif olunub:

1.”Qarabağ” ordeni ilə;

2.”Füzulinin işğaldan  azad ovunmasına görə” medalı ilə;

3.”Sücaətə görə” medalı ilə;

4”Hərbi xidmətlərə görə” 3-cü dərəcəli medai ilə;

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələri” medalı ilə;

6."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;

7."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 - illiyi (1918 -2010)” yubiley medalı ilə;

8.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;

9."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20   təqvim ili  xidmətə görə;

10."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal 

 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

11.”Qüsursuz xidmətə görə” 3 -cü  dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

Hərbi və iş  yoldaşları onu  vətənpərvər, qorxmaz,səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ElŞƏN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! 

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev