Daxili İşlər Qrqanlarında və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında özünəməxsus xidmətləri olan, ehtiyatda olan polkovnik -leytenat Yusubov Şiraslan Musa oğlunun noyabr ayının 11-də dünyaya göz acdığı gündür.

 Daxili İşlər Nazirliyinin (DİN ) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,ehtiyatda olan polkovnik- leytenant Yusubov Şiraslan Musa oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Şiraslan qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildək keçsin!

Polkovnik leytenant Yusubov Şiraslan Musa oğlu 11 noyabr 1970-ci ildə  Göycə mahalının Şəfəq kəndində anadan olub.

Ş.Yusubov Şəfəq kənd orta məktəbini, Azərbaycan Pedoqoji Ünversitetini, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını və Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən hərbi  Məktəbi   ( zabitlərin ixtisas artırma kursunu) bitrib.

 Şiraslan Musa oğlu Yusubov 1989-1991-ci illərdə Sovet ordusunda müddətli həqqi hərbi xidmətdə olub.1991-1997-ci illərdə Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 

1998-2018-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Nərimanov, Binəqədi, Zaqatala və Qaradağ rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, bölük komandirinin müavini, böluk komandiri, ərzaq və əşya xidməti rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə   müavini , Daxili Qoşunların Bas İdarəsinin mənəvi-psixoloji hazırlığı şöbəsində isə baş zabit vəzifələrində xidmət etmişdir.

Şiraslan Yusubov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların  öhdəsindən layiqincə gəlmişdir.

  Azərbaycan Respublikasında ictimai qaydanın  və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında ,mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 Ş.Yusubov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. Şiraslan Yusubov işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

 Azərbaycan Respublikasının müharibə veteranı, ehtiyatda olan polkovnik - leytenant Yusubov Şiraslan Musa oğlu peşəkarlığı, humanistliyi və xeyirxahlığı ilə secilən, ömrünün  ən məhsuldar dövrünün 24-il dən  çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanlarında və Daxili Qosunlar Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Şiraslan Musa oğlu Yusubov Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşaraq, Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Azərbaycan Respublikasının  müharibə veteranı ehtiyatda olan polkovnik- leytenant Şiraslan Musa Oğlu Yusubov Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarında səmərəli fəaliyyətinə və hərbi xidmətdə fəriqləndiyinə görə O, Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub:

1. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2-c şi dərəcəli və 3-cü dərəcəli medallar ilə;

2. “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrin yaranmasının” 10- iliyi, 90- illiyi, 95 -illiyi və 100- illiyi medalları ilə .

 O, Dövlətinin ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə, döyüş zamanı şücaət göstərdiyinə, öz xidməti vəzifələrnin yerinə yetirilməsinə  fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 11 mart 1216- cı il tarıxlı sərancamına əsasən “HƏRBİ  XİDMƏTLƏRƏ GÖRƏ” Medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ŞİRASLAN!

ÖMRÜN UZUN OLSUN 100YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

 Azərbaycan Respublikasının, Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev