1991-ci ilin dekabr ayına kimi SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərinin,1992-2004-cü illərdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Nizami,Hacıqabul, Ağdam, Ağdərə, Füzuli və Xətai rayonlarının ərazisində yerləşən hərbi hissələrin bölmələrində və qərargahında müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş, sağlığında vətənpərvərliyi işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri seçilən Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan baş gizir Rəsulov Fərhad Növbər oğlu 10 noyabr axşam saatlarında Bakı şəhəri Binəqədi rayonunun İ. Hadıyev kücəsi 5, döngə 1 ünvanda dünyasını dəyişib. Mərhumla vida mərasimi 11 noyabr Bakı şəhəri Binəqədi rayonu İ. Hadıyev küçəsi 5 , döngə 1 ünvanda keçirildikdən sonra, Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.
Biz Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Rəsulov Fərhad Növbər oğlunun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüzünlə başsağlığı veririk.
Əlaqə nömrəsi 050-525-77-13
Dərin hörmət və ehtiramla :Polkovnik Salman Musayev
