Bu zamanədə bir çoxu sevgiyə inancını itirib, bəziləri də :saf sevgi yoxdu nağıllardadı deyib gülüb keçirlər. Amma mən elə deməzdim sevgi hər zaman yaradılışdan var olub ,bir ömür boyu da sonsuza qədər var olacaq...
Bu gün ki mövzum şəhid xanımının şəhidə olan sevgisnin, həsrətin, sədaqətin və milli mənəvi dəyərlərimizi yaşatmağın nə olduğunu anlatmaqdı bu hekayədə...
Bəli indiki zəmanəmizdə bir-birilərinin varlığında qədrini bilməyən səbəbsiz yerə kimisi pula görə ayrılan və sevən kimisi qəlbə deyil üzə vurulan bəziləri də səbəb olmadan boşananların olduğu boş yerə atıb gedən vəfasızların dövründəyik çox təəssüf . Amma uzatmıyacam elə bu dövrdə əsl Azərbaycan xanımının şəhidə olan sevgisinə sədaqətinə,milli mənəvi dəyərlərimizi yaşadanlar da var deyəndə gözlərimizin önünə O gəlir...
Şəhid Turan Məhərrəmovun yarı Sayıb xanım,Turanın Sayıbı... Özü deyir ki məni bu adla çağırın,bu adla yaşadın "Turanın yarı Sayıb"
Sayıb xanım öz sevgisinə söz verib həmşə Turanı yaşadacağ tanıtdıracaq hər kəsə neçə ki ömrü varsa.
2024 -cü il idi mən Turanla Sayıbı uzağdan eşitmişdim tam tanımırdım ,bu hadisəni onun danışığlarını görəndə çox hönkür- hönkür ağlamışdım ,çünki o hissi çox adam yaşaya bilməzdi,bir də həsrətin ahuzarın nə olduğunu da......
2026 -cı il iyun ayında Şəhid Turan Məhərrəmovun evinə getdik həyətlərinə girəndə kövrəldim, şəkillərinə baxıb içim yandı ,sonra otağına girdim anası Ənisət xalanıda qucağladım və Turanın Sayıbı ilə görüşdüm.O çox gözəl və qəlbi təmiz pak qız idi onun qəlbindəki pak sevgisi həsrəti üzünə vurmuşdu ,həm gözəl nur həmdə solğun qəmli gözləri.....
Sayıb çox danışan deyil özünə qapanıq sakit bir qız idi. Nişanlısı Turanın şəhid xəbərindən sonra Sayıb qaynatası gildə yaşamağı qərar verir və onun bu qərarını heç kimsə poza bilmir.
Sayıb ömür kitabını bağlayıb beləcə Turanın otağında onun yatdığı çarpayıda yatır və buranı şəhidin ev muzeyi edirlər.
Gecələr Turanın otağında onun çarpayıya sarılıb yatdığını görən qaynatasıgil çarpayını dəyişmək istəyəndə Sayıb yox deyib əsəbləşdi çünki o Turanın uşaqlıq çarpayısı idi... Hər axşamüstü Turanın məzarına gedib saatlarla orda qalırdı, bəzəndə sabahsı gün qayıdardı evdəkilər ona çox qalma deyərdi, amma yox hər adam anlamaz nə olsun ki məzarlıqıdı,heç ona məzar da demək olmaz çünki şəhidlər ölmür axı onlar bizi görür..
Hər gün səhərlər durub gedərdi məzarlığa,"sevgilisinin evinə", ilk öncə bulaqdan su götürüb oraları təmizləyər, güllərə su verər sonra isə Turanın məzarını qucaqlayardı ....
Sayıbla söhbət zamanı O,hər şeyi danışdı mənə necə tanış olduqlarını da ... Turanla Sayıb 5 -ci sinifdən bir-birini sevirdilər ,həm də gözəl pak sevgi ilə. Çox kədərlənmişdim bunları mənə danışanda .
Sayıbdan soruşdum ;
-Heç bu günə qədər dalaşıb küsülü qalmısınız mı?
Sayıb isə dedi;
-Xeyr heç zaman aramızda dava olmayıb, küsülü də qalmamşıq.
Təzəlikcə yuxu görmüşdüm, yuxumda portağalı bölüb yarısını mənə vermişdi Turan...
Və onların beləcə müvəqqəti ayrılması Turanın Azərbaycan ordusunda xidmət etməsi, Vətənimizi qorumaq, Sayıba qalan isə hər dəfə döyüş xəbərin eşidəndə ölüb dirilmək .
Hər an Allaha dua edərdi bütün əsgərlərimizi həmçini Turanı qoruması üçün.
Döyüş vaxtı Turan vaxt tapıb bir dəqiqə olsa belə Sayıbla zəngləşərdi hal əhval tutar ona ürək dirək verərdi "darıxma əzizim tezliklə biz qalib gələcəyik və mən evimizə sənin yanına dönəcəm"....
... Bir gün isə Sayıb telefonla nə qədər zəng eləsə də Turanın telefonu susurdu...Bu sükut Sayıbın içinə qığılcım salmışdı, heç yerdə özünə yer tapa bilmirdi.
Sən demə hər kəs bilirmiş ondan başqa..
Sonda bu xəbəri aldı sevgilisinin Şəhid olduğunu...
həmin gün məzarlığa gedəndə ürəyi dayanmışdı....
İndi Sayıbın iki evi var, biri Turanın yatdığı indi ev müzeyinə çevrilən otağ və birdə Turanın uyuduğu o Şəhidlik məzarlığı..,
gül çiçəklə bəzədilmiş bu məzarlığa sabah erkən oyanıb gedər,çiçəkləri sulayar, məzarlığı qucağlayaraq Turanla söhbət edər-
"-Əzizim sən məni buraxıb getsən də mən səni heç buraxmıyacam"deyə göz yaşları tökər və bir gün cənnətdə qovuşacaqlları günü gözləyər...
Bəli bu bir Şəhidin və onun sevgisinin, Azırbaycan xanımının şəhid sevgilisinə verdiyi dəyər,sədaqət həyat hekayəsid ki, mən qısa yazdım, bu sevgi dastanlara sığmaz...
Vətən sağolsun! Günəş Abaslı

