Ailəlidir, iki övladı var. Diaqnoz: Hər iki ayağından ağır qəlpə yarası
Mən çox sevinirəm ki ,o mərmi mənim yanıma düşdü əsgərlərimin yanına düşmədi.
Yoxsa çox pis olardım əsgərlərimdən çox sayda şəhid verərdim.Yaxşı ki,özüm və köməkçim yaralandıq .
Babayev Cəsarət İsrafil oğlu 1976 cı ildə Sabirabad rayonu Qaratoğan kəndində anadan olub. 1994-cü ildən hərbi xidmətdədir .1994 cü ildə Bakı ali birləşmiş komandirlər məktəbinə daxil olub. Bu günə kimi Vətənə şərəflə xidmət edir. Ailəlidir. Həyat yoldaşı Arzu xanım evdar qadındır. Bu ailənin iki övladı var. Bir qız bir oğlan. Qızı Həbibə xanım Xarici Dillər Unvesitetində üçüncü kurs tələbəsidir, oğlu İsmayıl isə 10-cu sinifdə oxuyur, onunda hərbiçi olmağa çox böyuk həvəsi var. Cəsarət müəllim oğlunun bu istəyindən cox məmnundur. Hətta bu il yay tətilində Goranboy rayonunda yerləşən Ballıqayada N saylı hərbi hissəyə aparmış, orada hərbinin bəzi sirrlərini və silah texnikasından necə istifadə etməyi öyrədib. Bu səbəbdən İsamayil yaşının az olmasına baxmayaraq torpaqlarmızın Qarabağın azadlığı uğrunda döyüş başlanan gündən döyüş meydanında düşmənlə vuruşmaq üçün çox can atıb. Əlbətdə belə də olmalıdır. Babalar demişkən ot öz kökü üstə bitər. Cəsarət müəllimin atası İsrafil Həbibi haqq dünayasına qovuşub. Anası Həbibə xanım Heybət qızı yaşayır.
Cəsarət müəllim hal-hazırda N saylı hərbi hissədə tabur komandiri kimi xidməti vəzifədədir.
Polkovnik-leytenant Babayev Cəsarət İsrafil oğlunun Müzəffər ordunun yaranmasında zəhməti az deyil. Və bu zəhmət də daim mükafatlandırılmışdır.
Xidmət dövründə verilən mükafatlar: Xeyli sayda tərifnamələr və Müdafiə Nazirliyi tərəfindən verilən qiymətli saat.
3 Qüsursuz xidmətə görə medalı – 26.06.2008
Silahli Qüvvələrin 90 illiyi medalı – 19.07.2008
2 Qüsursuz xidmət görə medalı – 26.06.2010
Silahli Qüvvələrin 95 illiyi medalı – 24.06.2013
Qüsursuz xidmət görə medalı – 26.06.2016
Silahli Qüvvələrin 100 illiyi medalı – 26.06.2018
Azərbaycan Respublikası Prezidentinin “Cəsur döyüşçü” medalı – 18.12.2020
Cənab Polkovnik Leytenantın ordudakı xidmətindən və keçdiyi döyüş yolundan çətində olsa az çox topladığım məlumatı komandirin etirazına baxmayaraq qələmə aldım və qürürla oxuculara çatdırıram.
Cənab Polkovnik Leytenant Sizin doyüş yolunuz hansı tarixi gündən başladı?
Mənim döyüş yolum 26 Sentyabr 2020-ci ildə başladı. Həmən gün mən taburumla birlikdə
düşmənlə üzbə-üz mövqedə yerləşdik. Goranboy rayonu Çənlibel postundan Sentyabr ayının 27-si 2020-ci ildə səhər saat 8:00 radələrində döyüş başladı. Həmin saatdan sora demək olarki hər gün dəhşətli döyüşlər gedirdi. Mənim taburumun tapşırığı, müdafiədə olmaq və hücum edən bölmələr üçün əlverişli şərait yaratmaq idi. Hər gün düşmən mövqelərinə kiçik və iri çaplı silahlardan atəş açaraq düşmənin mövqelərini zəiflədirdik. Onlarda toplardan,minaatanlardan, iriçaplı silahlardan
atəş açırdılar. 6 Oktyabrda saat 18:00 radələrində düşmən yenidən minaatanlardan atəş açmağa başladı həmən vaxt mən əsgərləri sığınacağa göndərdim. Özüm isə rabitəçi və tağım komandiri ilə birlikdə Çənlibel postunda səngərdə müşahidə aparırdıq. Bu vaxt atılan mərmilərdən biri
bizim önümüzə düşdü: Təxminən üç beş dəqiqə özümdə olmadım. Özümə gəldikdə istədim ayağa qalxım dura bilmədim, bildim ki ayaqlarımdan yaralanmışam. Yerdə uzanıqlı vəziyyətdə arxaya baxdım və əsgəri səslədim, ki necəsən?, bu zaman rabitəçimin başından qan axdığını gördüm, yaxınlaşıb baxdıqda artıq nəfəs almırdı. Böyük təəssüf hissi ilə qeyd edirəm rabitəçim İslamlı Ruhid Umud oğlu bu döyüşdə qəhrəmancasına şəhid oldu. Cox gözəl insan idi. Həm hərbiçi həm ailə başçısı kimi eyni zamanda da savadlı kadrlardandı. Bütün şəhidlərmizin ruhu şad olsun. Ailələrinə səbirli olmağı diləyirəm.
Tağım komandiri isə qolundan yaralanmışdi. Mən təcili rabitəni şəhid olan əsgərin çiynindən çıxarıb sürünə-sürünə kənara çəkilərək mərkəzdən həkimlərin gəlməsini istədim.
Sizi hansı tibb məntəqəsinə apardılar?
Sanitar maşın gələnə kimi bizi mülkü maşınla Aşağı Ağcakənd xəstəxanasına apardılar. Yolda çox qan itirməmək üçün sürücü özünün bel toqqası ilə ayağımdakı qan axmanın qarşısını aldı. Bizə həmin xəstəxanada ilk tibbi yardım göstərdilər. Göndərdilər Naftalan xəstəxanasına, ordada baxış keçirdikdən sonra gecəylə Gəncə Beynəlxalq Xəstəxanasına apardılar. Oktyabr ayının 7-də ayağımı əməliyyat etdilər. Təxminən 12 gündən sonra məni Bakıya Travmatologiya instituna göndərdilər. İki dəfə ordada yoxlamadan sora məni Buzovna reablitasiya mərkəzinə göndərdilər. Burdada iki hətəlik müalicədən sonra Hərbi hospitala həkim komissiyasına göndərdilər, lakin sol ayağımın pəncəsi işləmədiyi üçün məni yenidən Mərdəkan Reablitasiya mərkəzinə göndərdilər. Burada da iki həftə qaldıqdan sonra yenidən yenə Hərbi Hospitala müayinəyə göndərdilər. Lakin ayağımda irəliləyişin azda olsa olmadığını gördükdə Noyabr ayının 30-da ATU TCK-na əməliyyat olmaq üçün göndərdilər. 4 dekabr 2020-ci ildə təkrar əməliyyat olundum. Müalicəm hal-hazırda davam edir.
Ümumiyyətlə bu müharibənin nə zaman başlayacağını səbrsizliklə gözləyirdik və bunun üçündə biz güclü hazırlaşmışdıq. Hər zaman Ali baş komandanın əmrini səbrsizliklə gözləyirdik. Axırki həmin o şərəfli gün bizə qismət oldu. Və biz Ali Baş Komandan İlham Əliyevin bir yumruğu altında birləşərək düşmənlərimizi məhv etdik.
10 Noyabr 2020-ci il Moskva vaxtı ilə saat 00.00 etibarən hərbi əməliyyatların tam dayandırılması elan olunanda, hamı kimi məndə qələbəmizə çox sevindim. Bu zəfər Azərbaycan Respublikasının Prezdenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Müzəffər ordusunun qüdrətini, gücünü dünyaya göstərdi.
Bu müharibədə təkcə Azərbaycan yox, bütün Türk dünyası qalib gəldi.
03.XII.2020
SARA GÖYÇƏLİ “Qızıl Qələm” və “Xan qızı Natəvan” media mükafatları laureatı və
Azərbaycan Jurnalistlər birliyinin üzvü.
Cəsarətlə Bu zəfərdə payın var,
Cənab Polkovnik-Leytenant !
Sızlamasın qoy yaran,
Cənab Polkovnik-leytenant !
Döyüşdün cəsarətlə,
Qoymadın bir əsgərə
dəysin düşmən gülləsi
Cənab Polkovnik-leytenant !
Gecə gündüz bilmədən,
Etdin Vətənə xidmət
Mərdilk, düzlük təməlin
Cənab Polkovnik-leytenant !
Cənab Polkovnik-leytenant !
Müəllif SARA GÖYÇƏLİ
