1992-2010- cu illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zakatala rayonunda yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş, istefada olan baş gizir Haqverdiyev Kərim Haqverdi oğlunun vəfatından bir il ötür
Qeyd edək ki, Haqverdiyev Kərim Haqverdi oğlu 1960-ci ildə Zakatala rayonun Almalı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
K.Haqverdiyev 8 noyabr 2025-ci il tarixdə 64 yaşında Zakatala rayonunda vəfat etmiş, 9 noyabr 2025-ci il tarixdə isə Zakatala rayonunda torpağa tapşırılmışdır.
Bir daha biz Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) Haqverdiyev Kərim Haqverdi oğlunun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah Haqverdiyev Kərim Haqverdi oğluna rəhmət eləsin!
Qəbri nurla dolsun!!!
Tanrı mərhum Kərim Haqverdiyevin doğmalarını və övladlarını qorusun!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

