Tədbirin məhz bu bayram günündə keçirilməsi şanlı döyüş yolu keçmiş Növrəstə xanımın Zəfər Bayramını həddindən artıq çox sevməsi ilə bağlı idi.
Tədbirdə Növrəstə xanımın döyüş yoldaşları, ictimaiyyətdə tanınan simalar, incəsənət və səhiyyə sahəsinin nümayəndələri, onun ailə üzvləri, eləcə də onu sevən insanların az bir hissəsi iştirak etdi.
Tədbir zamanı Növrəstə Yusifovanın döyüş yolu və sonralar ictimai xadim kimi fəaliyyəti ilə yanaşı, Vətən uğrunda şəhid olanlar da bir daha yad edildi.






