Salam olsun əsir torpaqlarımızı,milli qürurumuzu qızıl qanları, şirin canları bahasına özümüzə qaytaran hər biri birMilli Qəhrəman olan Şəhidlərimizin əziz,ölməz ruhlarına ...Salam olsun bu möhtəşəm qələbəmizə ürəkdöyüntüsülə sevinən bütün Türk, İslam dünyasına,qürurlu Azərbaycan xalqımızın hər bir üzvünə...Salam olsun bütün Haqlı bəşər övladlarına..

Otuz il bundan öncə kafirlər tərəfindən Haqqı taptanmış Azərbaycan Xalqı olaraq ,8 Noyabr Zəfər Gününü -Bu qürurverici, şərəfduyucu günün yolunu otuz il çox həsrətlə, dözüm və xüffətlə gözlədik, gözümüzün kökü saralı ,hər milli bayram tədbirlərimizi qeyd etdikcə , bu bayramı gələn il işğaldan azad edəcəyimiz torpaqlarımızda-,rayonlarımızda ,şəhərlərimizdə,kəndlərimizdə və doğma yurd yerlərimizdə keçirmək arzusu ilə üzülərək yaşadıq.Lakin şükürlər olsun ki ,UcaALLAH öz doğma xilaskarımızı xalqımıza yetirdi... Keçən bu müdhiş dövr ərzildə Ulu öndər Heydər Əliyevin uzaqgörən, dahiyana siyasəti,xilaskar ordu. quruculuğumuza xüsusi həssaslıqla diqqət və qayğısı nəticəsində ,müzəffər Ali Baş Komandanımız cənab Ílham Əliyevin ölkədaxili və xarici siyasi uğurları ilə, qətiyətli islahatları ilə xalqımızın və dövlətimizin monolit birliyiyinə nail olundu... Daha da qüvvətləndik, qüdrətləndik, gücləndik,özümüzə dönüb ,Özümüz olduq. Bir yumruqtək birləşib Dəmir Yumruq olduq ,mənfur düşmənlərin başında ildırımtək çaxıb , zəhərli ilanların başlarını əzib, altı il bundan öncəki Möhtəşəm qələbəmizi qazandıq! Tarixin son dövrlərində, yer üzərindəki dövlətlər sırasında itirilmiş torpaqları geri qaytaran yeganə ,Dövlət ,Millət, Xalq olduq ... Bu gün fəxrlə, fəxarətlə qeyd etdiyimiz, xalqımızın qəhrəmanlıq tarixində ikiyüz illik rus imperiyasına son qoyduğumuz, ilk Möhtəşəm Qələbə Bayramımızdır! HAQQIN,ƏDALƏTIN şər üzərində qətiyyətli Qələbəsidir!!!Bu qürurverici, şərəfduyucu Zəfərimiz mübarək , qəhrəman Türk millərimiz ,doğma,əziz Azərbaycan xalqımız,

Qələbəmiz əbədi, ardıcıl və davamlı olsun,Amin.

Bakımüstəqiltv.info nun Baş redaktoru Mərdan Hüseynli