Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif  vəzifələrdə xidmət etmiş, peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi səmərəli fəaliyyəti və səmimiyyəti   ilə seçilən, polkovnik-  leytenant Məmmədov  Samir Əlövsət oğlunun  oktyabr ayının 25-də dünya göz açdığı xoş bir gündür.

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan  polkovnik - leytenant   Məmmədov  Samir  Əlövsət oğlunu doğum günü münasibətilə  Daxili  İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri,doğmaları ,yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Samir  hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Məmmədov  Samir  Əlövsət oğlu  1981-ci illin   oktyabr ayının  25-də Azərbaycan Respublikasının   Göyçay  rayonunda   zəhmətkeş  bir ailədə anadan olub.

1987-ci ildə Göyçay şəhər  orta məktəbi, 2004-ci ildə Sumqayıt   Dövlət Universitetinin  filologiya fakültəsini bitirib.

 2004-2005 -cı illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmətdə olub.

Polkovnik-leytenant Samir   Əlövsət  oğlu Məmmədov 2006-2024 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə   Millətə, vətənə, dövlətə  və xalqa  sədaqətlə xidmət  edib. Hal-  hazırda Səfərbərlik  və Hərbi xidmətə Cağrış üzrə Dövlət Xidmətində çalışır.

S.Məmmədov.DİN-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olub.

Polkovnik - leytenant Samir  Məmmədov Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

Samir Məmmədov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  

Qanunvericiliklə  müəyyən edilmiş qaydada  DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər  və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək  mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər  xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı   və yubiley döş  nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə, xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  polkovnik - leytenant  Məmmədov  Samir Əlövsət oğlu aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)”  yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;

3."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;

4."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal  ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.“Qüsursuz xidmətə görə” 1-ci (Ali) dərəcəli medal ilə -Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə.

Hərbi yoldaşları   Samir  Məmmədovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  SAMİR.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı  və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev