Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus öz dəst-xətti olan, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- ehtiyatda olan polkovnik Səftar Salehovun oktyabr ayının 25-də dünyaya göz açdığı xoş bir gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Səftar Salehovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edirlər. Səftar yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Salehov Səftar Sabir oğlu 25 oktyabr 1970-ci ildə Ağdaş rayonunun Cardam kəndində zəhmətkeş bir ailədə anadan olub.
Səftar Sabir oğlu Salehov 1988- ci ildə Ağdaş rayonun Cardam kənd orta məktəbini, 1992 -ci ildə SSRİ Müdafiə Nazirliyinin Amur vilayətində yerləşən tank ali hərbi komandirlər məktəbini bitirib.
1992-2015-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Ağdərə,Ağdam,Xəzər,Binəqədi,Hacqabul,Bərdə, Lənkaran rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbdə taqım komandiri, bölük komandiri, tabor qərargahının rəisi, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, tabor komandiri,hərbi hissə komandirinin birinci müavini -qərargah rəisi, hərbi elmi şöbənin rəisi, alı hərbi məktəb rəisinin müavini-qərargah rəisi, vəzifələrində Vətənə və xalqa sədaqətlə. xidmət edib. Hal- hazırda Daxili İşlər Nazirliyinin Polis Akademiyasında müəllim vəzifəsində çalışır.
Səfdar Salehov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Müdafiə Nazirliyində və Daxili Qoşunlarda keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafuq ixtisas artırma kurslarında, xüsusi- taktiki təlimlərdə,komanda qərargah məşqlərində,idman yarışlarında, seminar və konfranslarda fəal iştirak etmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN -in Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, Azərbaycan Respublikasında şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanusuz silahlı dəstələrin zərərləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətıər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyün təmin edilməsində polkovnik Səftar Sabir oğlu Salehov üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir
Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, əmr və əsasnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Polkovnik Səftar Salehov peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti,iş təcürbəsi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, vətənpərvərliyi, təmkinliyi və səmərəli fəaliyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 27 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə,Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifələri layıqincə yerinə yetirmiş və ağır yaralanmışdır.Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə vteranıdır.
Səftar Salehov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümnə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissəyə həvalə olunmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, ali hərbi məktəb və polis akademiya rəislərinin,hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə əlacı, idman dərəcəsi və yubiley döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasşnın Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.” SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-200)” yubiley medalı ilə;
4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
6.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə”
8. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Azərvaycan dövlətcliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,öz xudməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarl yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiyinə görə, polkovnik Səfdar Salehov Azərbaycan Respubilkasının Prezdentinin 12 mart 2009-cu il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medala təltif olunub.
DOĞUUM GÜNÜN MÜVARƏK OLSUN SƏFTAR!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ, HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLIN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN…BÜTÜN ARZULARLNININ REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

