Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli zabit, Daxili İşlər Nazirliyi Daxil Qoşunların Baş İdarəsinin Qərargahında şöbə rəisi vəzifəsində xidmət edən polkovnik Fətullayev İlkin Oruc oğlnun oktyabr ayının 15-də dünyaya göz açdığı xoş bir gündür.
İşgüzarlığı, səmimiyyəti, iradi və mənəvi keyfiyyətli ilə seçilən polkovnik Fətullayev İlkin Oruc oğlunun 15 oktyabr tarixində anadan olması günü münasibətilə doğmaları, əzizləri , yaxın qohumları və iş yoldaşları səmimi -qəlbdən təbrik edir və xoş arzularını bildirir.
Biz də, Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) olmaqla polkovnik ilkin Oruc oğlu Fətullayevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq!..
Xatırladaq ki, polkovnik Fətullayev İlkin Oruc oğlu 1974-cu ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Daxili Qoşunlarda xidmət etdiyi illərdə Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində və bir sıra xarici ölkələrdə zabitlərin ixtisas artırma kurslarını bitirib.
Fətullayev İlkin Oruc oğlu öz xidməti vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir sıra medallarlarla, döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib.
İLKİN DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Hörmətlə : polkovnik Salman Musayev
