Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin həyatında maliyyə- plan şöbəsi sahəsində özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, istefada olan kapitan Qurbanova Hürnisə Hacı-Məmməd qızınln oktyabr ayının 15- də dünyaya göz açdığı gündür.

Daim həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Hürnisə xanımı belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının ehtyatda və istifadə olan zabitləri iş yoldaşları,doğmaları, dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edirlər. Ürünisə xanım yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

Yüksək nufuz sahibi olan, xidmət etdiyi və hal- hazlrda işlədiyi kollektivdə yaxşı insan kimi tanınan-kapitan Qurbanova Hürinsə Hacı-Məmməd qızı 1960- ci ilin oktyabr ayının 15 - də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.

Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər insan, Hürinisə Hacı-Məmməd qızı Qurbanova 1992- 2012 - ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin maliyə-plan şöbəsinin maliyyə bölməsində zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.

Torpağına,xalqına bağlı gözəl xanım Hürnisə Hacı-Məmməd qızı Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Hürnisə Hacı-Məmməd qızı Qurbanova öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Qurbanova Hürnisə Hacımməd qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox həmkarları və iş yoldaşları

 üçün nümunə olmuşdur.

 Hürnisə Qurbanova öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:

1. “Qüsursuz xidmətə görə” 1 -ci (Ali) dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3. “Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 iliyi (1991 -2001)” yubiley medalı ilə; 

5. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.

HÜRNİSƏ XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.

Hörmətlə :Polkovnik Salman Musayev