Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qaradağ, Nərmanov rayonlarının ərazisində yerləşən hərbi hissələrdə (hərbi hospitalda) müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə secilən istefada olan gizir İbrahimova Tükəzban Qayıb qızının oktyabr ayının 26- da dünyaya göz açdığı xoş bir xoş gündür.
Daim həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Tükəzban xanımı doğum günü münasibətilə Daxili İşlər Nazirliyiinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifəliləri, iş yoldaşları,doğmaları, dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edirlər. Tükəzban xanım yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə xoş keçsin.
Yüksək nufuz sahibi olan, xidmət daxili qoşunlarda xidmət etdiyi kollektivdə təvazökar, qayğıkeş və xeyirxah insan kimi tanınan İbrahimova Tükəzban Qayıb qızı 1967- ci ilin oktyabr ayının 26 - da Qazax rayonunun Yuxarı Salahlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
T.İbrahimova Mikayılzadə 1985 -ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd orta məktəbi,1988-ci ildə Bakı şəhərində hesablayıcı -mühasibat ixtisas üzrə orta ixtisas məktəbi bitirib.
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər Tükəzban Qayıb qızı İbrahimova 1993- 2014 - ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin, Qaradağ, Nərimanov və Xətai rayonlarının ərazisində yerləşən hərbi hissələrdə arxiv rəisi, klub rəisi və kitabxana rəisi vəzifələrində Dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib.
Torpağına,xalqına bağlı gözəl xanım Tükəzban İbrahimova Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Tükəzban xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış İbrahimova Tükəzban Qayıb qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox həmkarları və iş yoldaşları
üçün nümunə olmuşdur.
Tükəzban xanım öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.“Qüsursuz xidmətə görə” 1 -ci (Ali) dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 iliyi (1991-2001)” yubiley medalı ilə;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
TÜKƏZBAN XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə müharibə veteranı, peşəkar hərbçi və polkovnik Salman Musayev



