Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan, yüksək hərbi peşəkarlığı, humanistliyi,xeyirxahlığı, diqqətcliyi, iradı, mənəvi keyfiyyəti, təvazökarlığı,prinsiplərinə sadəliyi, və vətənpərvərliyi ilə seçilən,  daxili qoşunlarda səmərəli fəaliyyəti ilə fərqlənən, ömrünün ən  məhsuldar dövrünün 25 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir  etmiş -ehtiyatda olan polkovnik- leytenant Kamran Əbduləhməd oğlu Vahabovdur. Oktyabr ayının 31 də onun 44 yaşı tamam olur.

 Daimi həyatın cətinliklərindən alını açıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik- leytenant Vahabov Kamran Əbdüləhməd oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və isrefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib- tükənməyən naliyyətlər 

arzu edib deyirlər, Kamran qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı- ehtiyatda olan polkovnik- leytenant Vahabov Kamran Əbduləhməd oğlu  31 oktyabr 1982 -ci ildə Bakı şəhərində zəhmətkeş bir anadan olub. 

1997 -ci ildə Xətai rayonun 254 saylı orta məktəbi, 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi,2003 ci ildə Heydər Əliyev Adına Ali Hərbi Məktəbi,2004-cü ilin yanvar ayında Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində keçirilən kuruslarda, hərbi və xüsusi taktiki təlimlərdə,təlim metodiki toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.

Kamran Vahabov 2004- 2024 -cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində, Lənkəran, Nərimanov,Xəta və Hacıqabul rayonlarında  yerləşən hərbi  hissələrdə və  hərbi hospitalda taqım komandiri, bölük komandirinin müavini, böluk komandiri, döyüş təlimi üzrə zabit, qərargah rəisinin xidmət üzrə köməkçisi, qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir .

Kamran Vahabov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Polkovnik- leytenant Kamran Vahabov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin,  hərbi və din-in daxili qoşunların döyüş xidməti nizamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada, Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə, inzibatı binaların, hərb şəhərciklərin və təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə  vəziyyət və komendant zamanı hüquqi rejimin təmin   olunmasında , dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eləcə də 2023 -cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatı zamanı üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, hərbi Lisey və Ali hərbi məktəb rəislərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı,  yubley və idman dərəcəsi döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə , təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində   xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif olunub:

1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;

2.“ Hərbi xidmətdə fərqlənməyə. görə” 3-cü dərəcəli medal ilə;

3.“Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” 90 və 95 iliyi yubiley medalları ilə .

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, KAMRAN !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev