İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür.Hər oldiğu kimi bu ildə doğum gününü qeyd edən insanlardan biridə peşəkarlığı, sadəliyi, vətənpərvərliyi, yurdsevərliyi,işgüzarlığı , iradi və mənəvi keyfiyyətləri ilə seçilən, daxili qoşunlarda səmərəli fəaliyyəti ilə fərqlənən ehtiyatda olan baş leytenat Fətəliyev Müşviq Ramiz oğludur. Oktyabr ayının 30- da onun dünyaya göz açdığı xoş bir gündür.

Müşviq Fətəliyevi bele bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət

olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər. Müşviq yaşının üstə gələn bu yeni yaşda, sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Baş- leytenant Fətəliyev Müşviq Ramiz oğlu 1972-ci ilin oktyabr ayının 30-da Bakı şərərində hərbici ailəsində anadan olub.Baş- leytenat Müsviq Fətəliyevin atası Ramiz Fətəliyev peşəkar zabit kimi SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi rayonda yerləşən xüsusi motorlaşdırılmış milis alayında müxtəlif vəziələrdə xidmət etmişdir.

Müşviq Ramiz oğlu Fətəliyev 1988- ci ildə Bakı şəhərində orta məktəbi,1992- ci illdə Azərbaycan Neft-Kimya İnstitutunu bitrib.  

O,1990 -1991 -cu illərdə SSRİ DİN-in Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə olub.1992 -1998-ci illərdə isə Azərbaycan Respubilkasının DİN-in Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə alayın qəargah rəisinn kadırlarla və şəxsi heyətin qeydiyyatı işi üzrə köməkcisi və baş köməkcisi vəzifələrində xidmət edib.1998-ci ildə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrə ehtiyata buraxlıb. 

Müşviq Fətəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərini,əmr və sərancamların dəqiq sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

 Fətəliyev Müşviq Raniz oğlu Azərbaycanın ərəzi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak edub.Azərbaycan Respublikasının müharibə veteranıdır. 

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin azirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və xüsusi tapşırıqların yerinə yetirilməsində, cinayətgarlga qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında, mühüm dövlət obyektlərin, inzibatı binaların, xüsusi yüklərin,inzibatı binaların,hərbi şəhərciklərin,maddi- texniki və hərbi təchizat anbarların mühafizə olunmasında,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtşaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant zamanı hüquqi rejimin təmin edilməsində baş leytenat Müşviq Fətəliyev üzərinə düsən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Baş- leytenat Müşviq Fətəliyev DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubley döş nisanları ilə təltif olunub, dəfələrlə (pul mükafatları ilə), fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN MÜŞVİQ!

100 YAŞA, SAĞLAM YAŞA. 

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev